Qadınlar üçün çox maraqlı kişi jestləri

Qadınlar üçün çox  maraqlı kişi jestləri
Maraqlı məlumatlar
10.09.2017 35
Qadınların bir çoxu yoldaşlarının kifayət qədər həssas
olmadığından şikayətlənir. Halbuki kişilər tərəfindən edilən hər bir
kiçik jestlər və sürprizlər qadınların ürəyini qazanmağa yetərlidir.



Bəzən heç düşünmədən etdiyiniz kiçik bir jest, sevgilinizin sizə daha da bağlanmasını təmin edə bilər.
Qadınlar.Biz bir-birindən maraqlı kişi jestlərini təqdim edir:
Həftənin tək istirahət gününü təbii ki alış-veriş etməyə ayırmaq
istəmir. Amma rəfiqənizin ad günü üçün almaq istədiyiniz hədiyyəyə
baxmaq üçün sizinlə bütün gün gəzər.
Uzun müddətli bir münasibətiniz var. Sizə arada sırada mesaj
yazmasını, ya da email göndərməsini istəyirsiniz. İşlərinin çox sıx
olduğu bir dövrdə sizə romantik mesajlar atır.
Küçədə gedərkən əlinizi tutması təbii bir haldır. Amma kişilərin
əksəriyyəti, xüsusilə də ətrafında kişi yoldaşları varsa sizdən
uzaqlaşar və hər kəsə "maço” bir kişi olduğunu göstərər. Sevgiliniz heç
kimə fikir vermədən sizin bunu istədiyinizi bildiyindən küçədə gedərkən
əlinizi buraxmır.
Kiçik şeyləri sevənlər üçün bir neçə məsləhət

Evinizdəki güldanda mütləq təzə çiçəklər olsun. Beləcə həyat yoldaşınız ya da sevgiliniz evə çiçəklə gəlməyi vərdiş halına gətirə bilər.
Həyat yoldaşınız əl-ələ tutmağı sevməyə və ya da ağılına gəlməyə
bilər. Amma çölə çıxdığınızda əlini tutarsınızsa sizin bundan
xoşlandığınızı düşünüb əlinizi tutmağa başlaya bilər bəlkə də.
Arada bir onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Amma
bunu edərkən qarşılıq gözləməyin, içinizdən gəldiyi üçün edin.
Sevgiliniz televizora baxarkən ya da yatarkən barmaqlarınızı
saçlarında gəzdirin, üzünü, çiyinlərini, əllərinə qollarına sevgi dolu
toxunun.
Boyuna və başını öpün. Sevginizi çəkinmədən bildirin. Bu davranışlar onda da bənzər reaksiyalar oyada bilər.
Romantizm sizin üçün nə ifadə edir?

Kimilərinin romantik hesab etdiyini kimiləri çox klişə hesab edir. Yaxşı siz həyat yoldaşınızın ən çox nələrdən xoşlandığını bilirsinizmi? Sizin zövq aldığınız, ancaq yoldaşınıza axmaq görünən şeylər varsa
bunları onunla danışmaqdan çəkinməyin. Bəlkə də sizə bahalı bir hədiyyə
almaq yerinə, bir dəstə tər çiçək gətirsə daha çox xoşbəxt olacağınızın
fərqində deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!