Yalnızlıq

Yalnızlıq
Maraqlı məlumatlar
10.09.2017 40
Utanıram. Onu sevdiyim üçün. İnsan yerinə qoyub, qəlbimi verdiyim üçün...
Vaxtıykən uşaq idim. Dostlarımla evcik-evcik oynayırdım. Sevgini də oyun sanıb oynadım. Amma bu oyunu itirdim...
İndi böyümüşəm. Artıq oyun oynamağı sevmirəm. Hər kəsə, hər şeyə qarşı vecsiz, laqeyid davranıram. Məni heç kim, heç kəs maraqlandırmır. Otağımın qara divarları yetər mənə. Əlimə qələm və kağız alaram. Yorulmadan, dayanmadan yazaram. Ara bir batan günəşimi seyr edərəm. Otağa sükut çökər. Özümün belə pozmağa cəsarət etmədiyim bu sükutu qəlbim pozar. ”Yenə təksən. Qara divarların boşluqları udur səni. Sən tənhalaşırsan, adiləşirsən, yox olursan...” həmişə də ağlım qəlbimi susdurur... "Tək deyil. O hələ kəşf olunmamış adadı, susuz səhradır, günəşsiz səmadı. Bir gün onunda səmasına günəş doğacaq. O da yaşayacaq..."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!