Qırmızı rəngin seksuallığının sirri

Qırmızı rəngin seksuallığının sirri
Maraqlı məlumatlar
10.09.2017 61
Qadınlar.Biz xəbər verir ki, Böyük Britaniyanın Kent Universitetinin alimləri qırmızı rəngin
seksuallıq xüsusiyyətlərini aşkar etmək üçün araşdırma aparıblar. Amma
bu araşdırmalar qırmızı rəngin sirrini açmaq əvəzinə məsələni bir az da
qəlizləşdirib.
 
Qırmızı rəngin seksual xarakterli olması hələ qədim zamanlardan
bəllidir. Belə qəbul olunur ki, qırmızı rəngin seksuallıq rəmzi olması
təkamül prosesinin meydana gətirdiyi reallıqdır. Belə ki, təkamül
nəzəriyyəsinə görə, insanın əcdadı hesab olunan meymunların cütləşmə
vaxtı dişilərin cinsi orqanlarında qızarma müşahidə olunur. Belə
xüsusiyyətə malik meymunlar indi də var.
 
Cinsi orqanın qızarması erkək meymunlar üçün sanki bir siqnal olur.
Bu o deməkdir ki, dişilər cütləşməyə və nəsil artırmağa hazırdır.
 
Amma təkamül nəticəsində insana çevrilən bu canlılar öz cinsi
orqanlarını əvvəl əncir yarpağı, sonra isə paltar altında gizlətdi.
Beləliklə, qarşı tərəfə təbii siqnal vermək xüsusiyyəti də gizlədilmiş
oldu. Bundan sonra qədim insanlar primitiv ibtidai makiyajdan istifadə
etməyə başladı. Bu primitiv makiyajlar qarşı tərəfə cütləşməyə hazır
olduğunu bildirmək üçün istifadə olundu. Vaxt keçdikcə qadınların cinsi
həvəsini göstərən makiyajlar kişilərdə şəhvət hissi yaratmağa başladı.
Belə primitiv makiyajlarda qırmızı rəng çalarına xüsusi önəm verilməsi
insanın əcdadından ona ötürülmüş genetik xüsusiyyət kimi qəbul olunurdu.
 
Britaniya alimləri bu versiyanı yoxlamaq üçün belə bir sadə
eksperiment aparıblar. Onlar bir neçə qadın cinsi orqanının 4 versiyada
şəklini hazırlayaraq onları açıq çəhrayı rəngdən qırmızıya qədər
çalarlarda rəngləyiblər. Sonra alimlər bu şəkilləri 40 kişiyə göstərib
və hansı şəklin daha cəlbedici olduğunu soruşublar. Belə bəlli olub ki,
eksperimentdə iştirak edən kişilərin böyük əksəriyyəti çəhrayı rənglə
rənglənmiş cinsi orqan təsvir olunanı daha seksual hesab edib, nəinki
qırmız rəngdə olanı.
 
Belə çıxır ki, insan övladı öz tarixi yaddaşını itirib.
 
Buna bir neçə izah vermək olar. Bunlardan ən sadəsi kimi qırmızı
rəngin öz mahiyyətini itirməsini göstərmək olar. Bu halda demək olar ki,
qadınlar qırmızı rəngi inersiya ilə istifadə edirlər. Başqa tərəfdən
qırmızı rəngin həm də bir təhlükə simvolu olması reallığı da var. Kişi
nail olmaq istədiyinə çatmaq üçün müəyyən təhlükələrdən keçməlidir ki,
mükafatlansın.
 
Amma araşdırma aparan alimlər əldə etdikləri nəticələri şərh
etməyiblər. Onlar yalnız qırmızı rəngin yox, bütün rənglərin
xüsusiyyətlərinin daha incə və dəqiq araşdırılmasına ehtiyac olduğunu
bildiriblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!