Çiçəklərə Görə xasiyyətiniz Necədir?

Çiçəklərə Görə xasiyyətiniz Necədir?
Maraqlı məlumatlar
10.09.2017 20
Araşdırmalara görə insanların sevdiyi çiçəklərə görə xasiyyətlərini müəyyən etmək mümkündür.

Məsələn,
Qızıl gülü sevənlər; Saf sevgiyə və dostluğa dəyər
verən, ümumilikdə həssas, duyğusal insanlardır. Şən, gülərüz məntiqlə
deyil hissləri ilə hərəkət etməyi sevən insanlardır.
Qərənfili sevənlər; Ən xırda bir şeyə görə özündən
çıxan, güclü hisslərə sahib olan insanlardır. Az danışmağa və çox
dinləməyə üstünlük verən bu insanlar sərt xassiyyətə sahibdirlər. Adətən
qısqanc olurlar.
Zambağ gülünü sevənlər; Bu insanlar adətən gözəllik
vurğunu olurlar və buna görə də həmişə özlərini gözəl əşyalar və
insanlarla əhatə edirlər. Lakin bu xüsussiyyətlərinə görə daima həyatda
problemlərlə rastlaşırlar.
Ətirşah sevənlər; Hisslərinə hakim olan insanlardır. Xəyal dünyasına qapılmağı sevməzlər.
Yasmini sevənlər; Xəyalpərəst olurlar. Tez-tez küsməyə meyl edən bu insanlar daima həyatdan səbrlə nə isə gözləyirlər.
Doqquzdon gülünü sevənlər; Ziddiyətli insanlardır. Bir müddət öncə şən, gülərüz olan bu insanlar tez bir anda kefsiz, ümidsiz ola bilirlər.
Bənövşə gülünü sevənlər; Kin saxlaya bilməyən bu
şəxslərin ürəyiaçıq, qəlbləri insanlara qarşı sevgi ilə dolu olur.
Əliaçıq və insanpərəst olmaları insanları onlara cəlb edir.
Maqnoliyanı sevənlər; Özlərindən çox razı olan bu
insanlar həyatda hər şeyin ən yaxşısına layiq olduqlarından əmindirlər.
Özlərini tərifləməyii çox sevirlər.
Lalə sevənlər; Çox zərif insanlardır. Hər sözdən tez inciyən olurlar.
Yasəmən sevənlər; Ürəyiaçıq, səmimi və nəzakətli olurlar.
Payızgülünü sevənlər; Ciddi, sanballı, qəddar olurlar. Çox tələbkar və sərt xüsusiyyətlərə sahibdirlər.
Sünbül çiçəyini sevənlər; İnsanların toplandığı məkanlardan uzaq dururlar, daha çox təkliyə meyl edirlər. Nizamsız həyat tərzi sürürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!