Su haqqında bunları bilirsinizmi?

Su haqqında bunları bilirsinizmi?
Maraqlı məlumatlar
10.09.2017 8
Hər gün dünyada 7-8 milyard ton su istehlak olunur.

Bədənimizin əsası sudan ibarətdir.

Orqanizmin hüceyrələri hüceyrəarası mayedə balığın suda üzdüyü kimi üzür.

Beynin 75%-i sudur.



Su nəfəs almaq üçün oksigeni rütubətləndirir.

Əzələlərin 75%-i sudan ibarətdir. Bədəndəki suyun yarısı əzələlərdə toplanıb.

Su insan bədəninin bütün fəaliyyətinə kömək edir.

İnsan orqanizmində su ilə ən zəngin toxuma gözün şəffaf şüşəyəbənzər cismi 99% sudan ibarətdir. Ən az su isə diş emalındadır-cəmi 0,2%.

Bu gün içdiyimiz su dinozavrların dövründən gəlir. Çünki dünya var olandan su da həmişə olub. 

Su dünyanın və bizim bədənimizin istiliyini idarə edir. 

Xarab olan krandan bir gündə təxminən 24 litr su boşuna axır.

Evdə ən çox su istifadə etdiyimi yer hamam otağıdır. 



Susuzluq baş ağrılarına və baş gicəllənməsinə gətirib çıxarır. 

Süd ,tər və mədə şirəsinin 99%-i sudan ibarətdir.

Su bütün həyati orqanları qoruyur. 

Sümüyün 22%-i sudur.

Qanın 92%-i sudur. 

Bədəndəki maddələrin orqanlar vasitəsilə sorulmasını su təmin edir.

Su qidanı enerjiyə çevirməyə kömək olur.

Çirkli su səbəbindən hər il dünyada 2.2 milyon insan ölür, hər 8 saniyədə bir körpə uşaq can verir. :(

Son əsrdə dünya əhalisi 2 dəfə, suya olan tələbat isə 6 dəfə artmışdır. 



Sonda sizə iki mühüm məsləhətim var:

1. Yuxudan oyanan kimi 2 fincan su için. Sonra hər saatda 1 fincan su qəbul etsəz, gündəlik normanı təmin etmiş olacaqsınız.

2. Çəki itirmək ücün mütləq bədəninizdəki sudan azad olmalısınız. Belə ki orqanizmə lazımi qədər su daxil olmadığında "mühafizə" mexanizmi işə düşür. O, bədəndə olan-qalan suları da "toplayıb" qənaətlə istifadə edir və suyun orqanizmdən qırağa çıxmasının qarşısını alır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!