Boşanma yoxsa uğursuz nikah?

Boşanma yoxsa uğursuz nikah?
Maraqlı məlumatlar
10.09.2017 28
Boşanma yoxsa uğursuz nikah? Uşaqlar daha çox nədən əziyyət çəkirlər: valideynlərinin boşanmasından yoxsa onların uğursuz nikahından?
Ekspertlər deyirlər ki, o ailədəki hər gün münaqişə baş verirsə, bu hal uşaqların formalaşmasında müəyyən çatışmazlıqlar yaradır.
Adətən, uğursuz nikahları valideynlər övladlarının əziyyət çəkməməsi üçün saxlayırlar. Ekspertlərin sözlərinə görə, bu heç də xoşagələn hal deyil. Orta hesabla ekspertlər 7 min ailə üzərində bu sahədə araşdırma aparıblar. İlk olaraq uşaqların fikirlərini eşidirlər, 5-10 il keçəndən sonra valideynlərin fikirlərini öyrənməyə cəhd edirlər.
Belə qərara gəlirlər ki, boşanan ailələrin uşaqları münaqişəli ailələrin uşaqlarından daha xoşbəxt olur.
Qalmaqallı ailələrin övladlarının əsas problemi onların gələcəkdə ailə qurması məsələsidir.
Amma ekspertlər belə də düşünürlər ki, valideynlərin uğurlu nikahı heç də övladlarının taleyinə bir o qədər də təsir etmir. Xoşbəxt valideynlərin uşaqları gələcəkdə həm möhkəm ailəyə sahib ola bilirlər, həm də münaqişəli.
Psixoloqlar belə hesab edirlər ki, uşaqlara görə uğursuz nikahı davam etdirməyinə dəyməz. Çünki, bu cür neqativ münasibətlər uşaq psixologiyasından təsirsiz ötüşmür.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!