Dünyada toy adət - ənənələri

Dünyada toy adət - ənənələri
Maraqlı məlumatlar
10.09.2017 21
Yaponiya



Gəlinlə bəyə nə az nə də çox tam doqquz damcı "sake" içirirlər. Yalnız ilk qurtumdan sonra ər-arvad hesab olunurlar. Bu öz daşıdıqları inanclara görə həyata keçirilir. Bir masada qarşı-qarşıya oturaraq bir-birinin gözlərinin içinə baxır və hər qurtumu eyni anda içməyə çalışır və fincanı eyni anda masaya qoymağa çalışırlar. Daşıdıqları qədim inanclarına əsasən fincanı masaya gec qoyan kəs dünyasını ilk dəyişəcəkdir.                                                                                                                                                  

Meka



Meka toylarının ən gözəl adətlərindən biri qonaqların bir araya gələrək gəlinlə bəyin dövrəsində ürək fiquru düzəltmələridir. Məhz gəlinlə bəy ilk rəqslərini qonaqlardan meydana gələn ürək fiqurunun içində oynayırlar.



Polşa



Polşada toy adətlərindən birisi də gəlin və bəyin paltarına pul taxılmasıdır. Təbii bu adət yeni qurulacaq ailəyə yardım məqsədilə başlamışdı. Artıq isə bu biraz daha əyləncəli hala dönüşmüşdür. Çünkü gəlin və bəyin paltarına pul taxdıqdan sonra rəqs tələb olunur.





Rumuniya



Gəlin və bəyin üstünə qonaqlar tərəfindən şirniyyat və fındıq atılır.





İsveç 



Qədim vaxtlarda gəlnlə bəyi uğursuz qara qüvvələrdən qorumaq üçün gəlinin əlinə xoşagəlməz qoxulu bitki və toxumlar tutuşdurulurdu. Mərasimə daxil olan olan gəlinin əlində artıq xoşagəlməz bitki və toxumların yerinə xoş ətirli və gözəl güllər yer almaqdadır.



İsveçrə



Biraz maraqlı olan bu adəti həyata keçirmək üçün az yaşlı bir qız seçilir. Mərasimdə bu qız rəngarəng yaylıqları gələn qonaqlara paylayır. Mərasimin sonuna yaxın isə həmin yaylıqları geri toplayır. Bu vaxt müəyyən miqdarda pul da toplanır. Daha sonra isə dəstək məqsədilə toplanılmış pullar yeni evlilərə təqdim olunur.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!