Göy rəng beyni gücləndirir - Yeni Kəşf

Göy rəng beyni gücləndirir - Yeni Kəşf
Maraqlı məlumatlar
10.09.2017 9
 
Bu zamana qədər beyin fəaliyyətini stimullaşdıran ən güclü vasitənin qəhvə hesab olunurdu.

Xeyli müddətdir ki, İsveç alimləri buna alternativ vasitə axtarmaqla məşğul idilər. Artıq nəticələr var. Təəccüblü olsa da, belə stimulyatorun göy rəng olduğu müəyyən edilib. 



12 idman həvəskarı və bir o qədər sadə vətəndaşın iştirakı ilə keçirilən bir neçə eksperiment bunu təsdiqləyib. Təcrübə nümunələri əsasında məlum olub ki, ağ, eləcə də göy rəngin beyinə təsiri, təxminən 240 milliqram miqdarda kofeinin təsirinə bərabərdir. 



Əldə edilən nəticələr göstərib ki, yaşayış məkanında göy rəngdən geniş istifadə beyin fəaliyyətinin güclənməsinə və düzgün qərarlar verməyə kömək edir. 



Eksperiment zamanı iştirakçılar qarşısında müxtəlif tapşırıqlar qoyulub. Həmin tapşırıqların həlli zamanı iştirakçılara qəsdən mane olunub, yayındırıcı suallar verilib, bir sözlə fikirləri yayındırılıb. Nəticədə göy rənglə əhatə olunan insanların maneələrə baxmayaraq tapşırıqları daha dəqiq yerinə yetirdikləri bəlli olub. 



Maraqlı faktlardan biri də budur ki, kofe və göy rəngdən geniş istifadə olunmasının mavi gözlü insanlara daha çox təsir göstərir. Alimlərin iddiasına görə, işıqlandırmada göy rəngdən istifadə olunması diqqət və məsuliyyət tələb edən sahələrdə daha çox istifadə oluna bilər. 



Ən əsası isə budur ki, kofeindən fərqli olaraq göy rəngin insana heç bir zərəri yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!