Super Ay görünəcək!

Super Ay görünəcək!
Maraqlı məlumatlar
10.09.2017 4
Yanvarın sonunda səmada unikal hadisə - Super Ayı görmək mümkün olacaq. Bu zaman Ay Yerə çox yaxınlaşdığından üfüqdə nəhəng disk kimi görünür.



Bu barədə Rosbalt xəbər verir.



"İnforminq" yazır ki, Super Ayı yanvarın 1-də də görmək mümkün idi. Amma həmin hadisəni qaçıranlar təəssüflənməsinlər, o bir də yanvarın 30-da təkrarlanacaq.



Yerlə Ay arasındakı məsafə cüzi dərəcədə azalsa da, bu hadisə heyrətamiz təsir bağışlayır. Planetimizin təbii peyki adi vaxtlarda olduğundan 14% daha iri və 30% daha parlaq görünür. Super Ay praktiki olaraq heç nəyə təsir etməsə də, iri qabarmalar yaradır.



2014-cü ildə Super Ayın görünmə "təqvimi" belədir: 1 və 30 yanvar, 12 iyul, 10 avqust və 9 sentyabr. Avqustun 10-da görünəcək Super Ay ən iri olacaq. Həmin gün Ay planetimizə maksimal həddə yaxınlaşacaq.



Bir ayda iki dəfə Super Ayı bir də 2018-ci ilin yanvarında görmək mümkün olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!