Pensiyaçılar daha yaxşı hansı ölkələrdə yaşayır?

Pensiyaçılar daha yaxşı hansı ölkələrdə yaşayır?
Maraqlı məlumatlar
10.09.2017 5
Amerikanın "Forbes" jurnalı yazır ki, pensiya yaşında həyatın əziyyətlərindən uzaq olub sevinc dolu günlər yaşamaq üçün ən yaxşı yer Panamadır. Cənubi Amerikanın bu ölkəsi "İnternational Living" jurnalının hər il öz müxbirlərinin məlumatları əsasında pensiyaçılar üçün tərtib etdiyi ən yaxşı ölkələr reytinqində birinci yeri tutub.



Panamaya birincilik ilk növbədə ona görə verilib ki, bu ölkənin rezidenti olmaq çox asandır. "Forbes" yazır ki, bunun üçün yalnız yerli bankda 5 min dollarlıq hesab açmaq, habelə üç şərtdən birini yerinə yetirmək – daşınmaz əmlak sahibi olmaq, öz biznesini qurmaq, yaxud işə düzəlmək yetər.



Bundan başqa, bu Latın Amerikası ölkəsinin "havası gözəldir, yerli valyutanın dollara nisbətən məzənnəsi qənaətbəxşdir, iqtisadiyyat möhkəm, hökumət sabitdir".



"International Living" jurnalı yazır: "Əgər siz Panamada nə isə əldə edə bilmirsinizsə, deməli, o heç sizə gərək deyildir".



Lakin yeni rezidentlər buraya köçdükdən sonra onların həyatını qaralda biləcək bəzi çətinliklərlə qarşılaşa bilərlər. Bu, infrastrukturun inkişaf etməməsi və yolların pis olmasıdır.



Pensiyaçılar üçün ən əlverişli ölkələr siyahısında ikinci yeri Ekvador, üçüncü yeri Malayziya, dördüncü yeri isə Kosta-Rika tutur. Amerika müxbirlərinin fikrincə, beşinci yerdə İspaniyadır. İkinci beşliyə Kolumbiya, Meksika, Malta, Uruqvay və Tailand daxildir.
Çox maraqlıdır,görəsən statistikaya əsasən Azərbaycan neçənci yerdədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!