Boyalı sifət qadına inamı azaldır? - FOTO

Boyalı sifət qadına inamı azaldır? - FOTO
Maraqlı məlumatlar
10.09.2017 32
 
 
Dünya qadınlarının tam əksəriyəti gözəl və ağıllı olduqlarına şübhə etmirlər.
Amma bu gözəl, həm də ağıllı xanımlar makiyajdan istifadə edəndə, üzlərini boyayanda ifrata da varırlar.
Alimlər isə deyirlər ki, makiyajdan ağılla istifadə etməyən qadınlara inam azalır.
"Daily Mail"ə istinadən bildirir ki, "Procter & Gamble" korporasiyasının maliyyələşdirdiyi araşdırma zamanı "Massachusetts General Hospital", Harvard Tibb Məktəbi, Doston Universiteti və Dana-Farber Xərçəng Xəstəlikləri İnstitutunun birgə apardıqları araşdırma zamanı parlaq, ifrat makiyajın qadına inamı azaltdığı aşkarlanıb.
Normal dekorativ kosmetika isə işləyən qadınların karyera inkişafına təkan verir.Eksperiment zamanı könüllülərə makiyajsız, az makiyajlı və ifrat makiyajlı qadınlara baxaraq, onları cazibədarlıq, intellekt səviyyəsi və etimad sarıdan dəyərləndirmək təklif olunub.
Nəticələrə görə, qadının üzündə makiyaj nə qədər az olarsa, ona inam bir o qədər çoxalır.Psixoloqların fikrincə, minimal makiyaj başqalarından fərqlənmək istəməyən qadınların seçimidir. Dekorativ kosmetikanı heç sevməyən xanımlar isə bir qayda olaraq qadınlıqlarından qaçırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!