Mən əvvəllər belə deyildim

Mən əvvəllər belə deyildim
Maraqlı məlumatlar
10.09.2017 13
Əvvəllər... Dünənlər, keçən aylar, keçən illər... 
Mən belə deyildim. Hər səhər balaca çantası çiynində yuxulu-yuxulu dərsə gedən uşaq idim. Səhər anam 
oyadırdı, mən isə evin qapısından çıxanda oyandığımın fərqinə varırdım. 
Çox köhnə məktəb, sevimli müəllimə, sinif yoldaşları, dərsdə ağlayan uşaqlar, müəllimənin dəmir xətkeşi, sınıq 
partam, kitablarım, kağızdan təyyarələr. Kiçik xəyallar, gerçəkləşən xəyallar... 
Bəs indi? Boş və mənasız keçən günlər, saatlarla marşrut, yollar, itirdiklərim, qazandıqlarım, bacardıqlarım, 
bacarmadıqlarım, bacara bilməyəcəklərim. 
Hər gün eyni hadisələrin təkrarı, hər gün qopan daha bir ümid yarpağı. Ağacdan asılmış yelləncəklər yoxdu daha, kağızdan təyyarə də düzəltmirəm çoxdandır... 
Şəhərin sıxlığı, tüstü, insanlar. Ürəyimi çox sıxır. Ağlamaqla keçəsi də deyil, ağlasam yanıma gələn də olmayacaq. 
Əslində yaxşıdı hər şey, pis olan nədi ki? Bəlkə vicdan əzabı? Niyə mi? 
Xoşbəxt gələcəyim üçün yanımda olan ailəm və yük olmağın verdiyi vicdan əzabı, qarşılıq gözləmədən 
yanımda olan dostlarım və qarşılıq verə bilməməyin verdiyi vicdan əzabı, inciməyim deyə yanımda olan sən 
və sənsizliyin verdiyi vicdan əzabı. 
Mən əvvəllər vicdan əzabı çəkməzdim, mənim əvvəllər dostlarım da yox idi. 
Mən. Mən əvvəllər sevginin də nə olduğunu bilmirdim, mən, mən, mən. Mən bilmədim deyə sevdim, bilsəm də sevərdim. Mən əvvəllər bir də heç kimi sevməyəcəyimə söz vermişdim, sözümü tutmamağın verdiyi vicdan əzabı, hər dəfə güzgüyə baxanda əksim sevginin hesabını istəyir, "mənə söz vermişdin" deyir. Güzgüyə baxıb "sevməyəcəm" demişdim, yadımdadı. Çox şey yadımdadı, desəm sizdən utanıram deməsəm özümdən. Təzyiqlər, tələblər, öyrənilməyən dərslər, "çox dəyişmisən" deyənlər,   səbəbini soruşmayanlar, qəlbimi qıranlar, qəlbini qırdıqlarım. 
Bezmişəm. Çətindi. Qollarıma batan tikanları, kirpiklərimdən asılmış daş parçalarını daşımaqdan yorulmuşam. 
Bir də sən varsan. Harda olduğun fərq etməz, yadımdan çıxdığın an olmur. 
Hamı sənə bənzəyir son vaxtlarda.Ya da mən hər yerdə səni axtarıram. Yaxşıdı, darıxmıram sən olmayanda, 
hər yerdə yüzlərlə "sən"lər. Son vaxtlar çox qorxuram, xoşbəxt olmaqdan. Hazır deyiləm nə xoşbəxtliyə, nə də sevilməyə. 
Mən əvvəllər belə deyildim, tək qorxduğum yatağımın altında olduğunu düşündüyüm canavar idi. Mən əvvəllər belə deyildim!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!