Xoşbəxtlik bir möcüzə deyil

Xoşbəxtlik bir möcüzə deyil
Maraqlı məlumatlar
10.09.2017 14
Bəli xoşbəxtlik bir möcüzə deyil sevimli dostlar..! Xoşbəxt olmaq istəsən əvvəl özünü sevəcəksən və özünə dəyər verəcəksən! 

Xoşbəxt olmaq istəsən içindəki mənfi düşüncələrdən təmizlənəcəksən!

Hər səhər qalxdığında nəfəs ala bilirsənsə və yaşayırsansa, şükr edəcəksən

Xoşbəxtliyinizi bir şeyə ya da bir şeylərə bağlamayın! Bu olsa xoşbəxt olaram deməyin. O zaman xoşbəxt olmaq üçün bəlkə də çox gözləyəcəksiniz və bu müddət içində bədbəxt olacaqsınız...

Gözlədiyiniz şey bəlkə də heç olmayacaq bir ömür bədbəxtliyə məhkum olacaqsınız? Fərz edək oldu, işdə yalnız o an xoşbəxt olacaqsınız arxadan başqa başqa istəkləriniz olacaq.

İnsanoğlunun istəkləri bitməz. İşdə bu səbəblə əsla xoşbəxtliyinizi bir şeylərə bağlamayın. Mən xoşbəxt olmaq istəyirəm dəyin və Şükr edin, özünüz sevin və səhvlərinizi bağışlayın.

Özünüzə dəyər verin. O zaman hər şeyə gülümsəyərək baxacaqsınız, özünüzü sevdikcə ətrafınızdakıları da sevəcək və sevgi paylayacaqsınız.

Yaradanın yaratdığı hər şeyi sevin, heyvan, ağac, çiçək, uşaq, yoldaş, ana-ata, qardaş, dost və qonşular hər kəsi səhvlərinə baxmayaraq sevin.

Kimsədə qüsur axtarmağı və qüsurları yaymağa deyil örtməyə alışın.

Özünüzü sevdikcə ümidləriniz yaşıllaşacaq, xəyallarınız gözəlləşəcək, yaşamaqdan zövq alacaqsınız.

Özünüzə yaxşı baxın və özünüzü sevin, özünüzə dəyər verin, İnsanların bir çoxu gələcək qorxuları üzündən bu günü yaşamağı unutdu... скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!