Feminizm-Arvadlar niyə kişi olmaq istəyirlər?

Feminizm-Arvadlar niyə kişi olmaq istəyirlər?
Maraqlı məlumatlar
10.09.2017 13
Feminizm (fransızca – femin, latınca femina – qadın) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkatdır. Qeyd edək ki, "feminizm” termininin ixtiraçısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir.



Feminizmin ilk dalğası XVIII əsrdən XIX əsrin birinci yarısına təsadüf edir. Bir sıra yazılarda, o cümlədən Pulen de Lya Barrın "İki cinsin hüquq bərabərliyi haqqında” (1673) əsərində qadınların azadlığı məsələsi qaldırılır. Feminist hüquqşünaslığı ilk dəfə ABŞ-da (feminist hərəkatı ilə eyni vaxtda) hələ Amerika inqilabı dövründə, qadınlara tam vətəndaşlıq hüquqları verilməsi tələbləri irəli sürülərkən (1775) yaranmışdır.

Yeni ictimai təzahürün – qadınların siyasi hüquqlarının müdafiəsi hərəkatının baniləri fransalı Olimpiya de Quj , İngiltərəli Meri Uolstonkraft, amerikalı Abiqayl Adamsdır. Feminizmin ilk sənədi 1790-cı ildə Olimpiya de Quj tərəfindən yazılan "Qadınların və qadın vətəndaşların bəyannaməsi”dir.

XX yüzilin 60-cı illərində ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində tələbə etiraz hərəkatı genişləndi. Bu solçu etiraz hərəkatında radikal və ya inqilabi feminizm ortaya çıxdı. Beləliklə, Qərbdə feminizm hərəkatının «ikinci dalğa»sı başlanmış oldu.

Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. 70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə yeni olaraq "gender” anlayışı gətirilir.
 
 Bir az keçmişə qayıtsaq görərik ki, tarix, fəlsəfə, təbiət elmlərində, dində qadının cəmiyyətdəki rolu barədə tez-tez bir-birinə əks fikirlər söylənilib, problem müxtəlif cür həllini tapıb. Xüsusən də, bu barədə bir-birinə əks və ziddiyyətli fikirlərə dində rast gəlmək olar. Məsələn, 1400 il bundan əvvəl Makon kilsə məclisi rəsmi olaraq belə bir məsələyə baxmışdır: qadının ruhu varmı? İştirak edənlərin təqribən yarısı bu suala mənfi cavab vermişdi. Xristian kilsə məclisi cəmi bir səs çoxluğu ilə qərara gəlmişdi ki, aşağı məxluq olsa da, qadında nə isə ruha oxşar bir şey var.

Kapitalizm dövrü qadının cəmiyyətdəki yeri və rolu baxımından çoxlu cərəyanlarla xarakterizə olunur. Yeni Kodeks yaratmış, NapaleonBonapart qadın tərbiyəsini yaxşılaşdırmağa çağırırdı, lakin qadın taleyini yalnız uşaq doğmada görürdü. Dövrünün A.Şopenhauer, F.Nitsşe, O.Veyninger və qadın dəyərsizliyi haqqında yanlış nəzəriyyənin digər burjua nümayəndələri belə hesab edirdilər ki, təbiət qadınlara yalnız hiyləgərlik, yalançılıq, xəyanətə meyllilik, naşükürlük hissləri bəxş etmişdir.
 
 Qeyd edək ki, 60-cı illərdə qadın hərəkatında ekstremist cinah deyilən bir tərəf fəallaşdı. Onlar keçmiş matriarxat cəmiyyətindən fərqli olaraq, ərə getmir, qüvvətli "cinsin”- kişilərin heç bir sahədə tabeçilik funksiyalarını qəbul etmir və bunu qəti surətdə rədd edirdilər. Feminist ərli qadınlar kişiyə tabe olmamağın bir forması kimi "missis” müraciət formasını inkar edib, onlara "miss” deyə müraciət etməyi tələb edirdilər. Əsas səbəb isə o gətirilirdi ki, "missis” müraciət forması məhz qadının bir şəxsiyyət kimi kişidən asılı olduğunu, onun tabeçiliyində qaldığını açıq aydın diqqətə çatdirirdi.



Emansipasiya uğrunda hərəkat zamanı bir neçə cərəyan fəaliyyət göstərirdi:



Bərabərlikçi Formalar:


Bərabərlikçi Feminizm - Qabaqcıl feminist liderləri də ehtiva edən əksəriyyət bunun feminizmin bir forması olduğunu qəbul etmir.

Fərdçi Feminizm - (Libertarian Feminizm olaraq da bilinir)

Liberal Feminizm

Qadın Mərkəzli (Gynocentric) Formalar:

Mədəni feminizm

Cinsiyyət Feminizmi

Pop Feminizm

Radikal Feminizm



Basqının ataxaqanlıqdan Qaynaqlandığını Qəbul edənlər:


Anarko Feminizm

Radikal Feminizm

Fransız Feminizm

Seks Radikal Feminizm



Basqının xüsusi mülkiyyətdən qaynaqlandığını qəbul edənlər:


Marksist Feminizm

Sosialist Feminizm



Ayrımçı (Segregationalist):


Lezbiyan Feminizm (Lezbiyanayrımçılığı/Lesbianseparatism)

Ayrılıqçı feminizm/Seperatist Feminizm



Afrikan-Amerikan:

Qara Feminizm / BlackFeminism

Qadınçılıq/Womanism



Qərb-Xarici:


Üçüncü Dünya Feminizm

Müstəmləkə Sonrası Feminizm



Feminizm tərəfdarlarına görə ədalət, hakimiyyət, öhdəliklər və s. nəzəriyyələrdə maskulin təcrübə əks olunur, bu səbəbdən də onların hamısına bəşəriyyətin əks tərəfi olan qadınların həyat təcrübəsi nəzərə alınaraq yenidən baxılmalıdır.



Əsrlər keçdikcə, qadınlar öz hüquqsuzluğunu dərk edib buna qarşı mübarizəyə qalxaraq, qadınlara kölə kimi baxılmasına son qoydu, onlar ictimai işlərdə kişilərlə bir yerdə işləmək, siyasətdə təmsil olunmaq kimi məsələlərdə uğur qazandılar amma təbii ki, müəyyən yerlərdə və şəraitdə. Qəbul etməliyik ki, bu hər yerdə özünü doğrultmadı. Hal-hazırda bir çox yerlərdə hələ də qadına kölə kimi baxılır, cəmiyyətdən təcrid olunur, qızların təhsilə cəlb olunmasına çox da əhəmiyyət verilmir və bununla bağlı ciddi tədbirlər görülmür. Amma qadınların bu dövrə qədər gördükləri tədbirlər nə qədər əhəmiyyətli olsa da, məncə, qəbul etmək lazımdır ki, kişilərlə tam olaraq eyni hüquqlara malik olmaq mümkün deyil. Çünki elə məsələlər var ki, qadınlar bunu etmək gücündə deyil, eləsi də var ki, kişilər onların qarşısında acizdirlər. Deməli, qadın və kişi hüquqları bir-birini ədalətli şəkildə tarazlaşdırmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!