Ölümə heç bu qədər yaxın oldunmu?

Ölümə heç bu qədər yaxın oldunmu?
Maraqlı məlumatlar
10.09.2017 5
Ayağını sağlam bir yerə qoymaq nə böyük nemət imiş.
Sürüşmədən durmaq...İstədiyin qədər yerimək, qaçmaq...
Bu gözəlliyi ayağının üzərində dura bilməyəndən soruşmaq lazım imiş.
Bir əlildən, bir iflicdən...Kim bilir nələr danışardı...
Gənc adam bütün bunları havada ikən daha yaxşı anladı...
Çünki 20 mərtəbəli binanın təpəsindən ayağı sürüşmüşdü.
Bir anda özünü boşluqda hiss etdi. Gözləri qaraldı.

Qulaqları zonquldamağa başladı. Həyatı bir kino lenti kimi gözlərinin önündən keçdi.
"Deməli buraya qədərmiş” deyəcəyi ana, həmişə xəyalında canlandırdığı o ana yaxınlaşırdı.Bu həqiqət idimi?
Gənc adamın həyat binası yıxılırdı... O hər bir mənzilin yanından sürətlə keçirdi.
Bir mənzildə içi pulla dolu çantalar gördü. Amma, o anda bu çantalar onu maraqlandırmırdı. Çünki onun ömür sərmayəsi sürətlə əriyirdi.
Bir başqa mənzildə gördüyü üz də, kreslo da, yemək də o anda heç bir şey ifadə etmirdi...
Gördüklərinin əsl dəyəri bu qədər idi. Sən demə, insan binadan yıxlmadan yıxılmağa başlayırmış...

Sonu görünməyən bir boşluğa...
İnsanlar onun sürətlə aşağıya doğru düşdüyünün fərqində belə deyildilər.
Heç kimin vecinə deyildi. Hamı yıxılmayacağı yalanıyla özünü ovundururdu.
Yıxılmadan əvvəl düşünən insan çox az olardı.
Sona doğru yaxınlaşdıqca fəryadı daha da artırdı.
Qəlbində kiçicik bir ümid vardı. Bəlkə pəncərədən bir əl uzanıb onu aşağı düşməyə qoymadı.
Zaman qısaldı, zaman uzandı... O bir neçə saniyəni bir ömür qədər, ölümü vücudundakı hüceyrələrin sayı qədər, qorxunu dünyalar qədər yaşadı.
5-ci mərtəbənin yanından keçərkən pəncərədə dostunu gördü.
Bu həyatı lağa qoyduqları, xətaları birlikdə etdikləri dostu idi.
O an dostu onu lağa qoydu.

Dostu ona:
- Hələlik yaxşı görünürsən- deyərək güldü.
Deməli nəfs yolunda bir yerdə olanlar, pis vəziyyətdə bir-birlərini tanımırdılar.
Artıq məsafə azalır, zaman bitirdi. O sürətlə yerə doğru enirdi.
Yaxınlaşdı, yaxınlaşdı, yaxınlaşdı... Az qala betona dəyəcəkdi... Birdən yuxudan ayıldı, sürətlə çarpayıdan qalxdı.
- Oh, çox şükür, yuxu idi...
Və həyatında vecinə almadığı xəbərdarlığın xəyalını vecinə aldı...
Ömrünü fəda etməyin necə dəhşətli bir səhv olduğunu anladı...

Bəlkə də oxuyarkən çox həyəcan keçirdin?!
Bəlkə də yox... Ancaq bir şeyi unutma...
Bəlkə elə bir saatdan sonra o gəncin yuxuda gördüklərini sən realda yaşayacaqsan...?!
Hazırsanmı ölümə? Hazırsanmı sual-cavaba? Hazırsanmı Hesab verməyə?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!