Bluetooth Sozu haradan gelib

Bluetooth Sozu haradan gelib
Maraqlı məlumatlar
10.09.2017 47
Müasir mobil telefonlarda olan texnologiyalardan çox insan istifadə edir. Onlardan biri isə Bluetooth deyilən rabitə üsuludur. Bunun köməyi ilə insanlar bir-birinə şəkillər və ya hər hansı informasiya göndərə bilirlər. Bu üsulun necə asan və zəruri olduğunu ondan istifadə edənlər bilir. Bluetooth termininin yaranma tarixi910-cu ildə Yutlandiya kralının varisi anadan olur. Onun adı Harald Blatand idi. Qərb tarixçiləri onu - Harald Bluetooth adlandırırlar. Bluetooth - ingilis dilindən “mavi dişlər” deməkdir. Həmin bu şəxs Danimarka krallığına başçılıq edirdi. 960-ci ildə Norveç kraliçası ona yardım üçün müraciət edir. Fürsətdən istifadə edən Harald Blatand Norveç torpaqlarını Danimarkaya birləşdirir və burada xristianlığı yayır. Beləliklə, Bluetooth termini bu insanın ləqəbindən götürülüb.Əsası 1998-ci ildə qurulmuş bu texnologiyanı ilk əvvəl beş şirkət — Ericsson, Nokia, IBM, Toshiba və İntel dəstəklədi. Bluetooth sistemi müxtəlif qurğuların birləşməsi üçün nəzərdə tutulmuşdur. Onun sayəsində iki və ya bir neçə mobil telefonun, telefonun və kompüterin arasında simsiz əlaqə yaradılır. Tezliyin uyğunlaşan dəyişikliyini nəzərdə tutan Bluetooth 1.2 spesifikasiyası hazırlanmışdı. Siqnalların simsiz ötürülməsini 10 metrdən 100 metrə qədər həyata keçirməyə icazə verən texnologiyadır. 20 may 1998-ci il Xüsusi İşçi Qrupun (Special Interest Group SİG) rəsmi təqdim etməsi olur. Və bu yeni texnologiya Bluetooth adı ilə dünyaya çıxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!