Eşq, Xəyanət, Ayrılıq və Seks

Eşq, Xəyanət, Ayrılıq və Seks
Maraqlı məlumatlar
10.09.2017 90
Hər zaman yazılarımda kimlərsə ünvanlayıb yazmışam. Bu dəfə də
qadınlara əsasəndə kişilərə ünvanlayıb yazıram. Deyilənə görə qadın
böyük qüvvədir,mərddir və hər zaman bütün çətinliyə dözən varlıqdır.
Qadın kişiyə xəyanətdə edə bilər,onu tək də qoya bilər və özü-özünə
möhtacda qoya bilər. Ümumiyyətlə belə bir söz varki qadın kişisiz qala
bilməz.Bunu deyən bitərəfli düşünüb deyib deyəsən.Mənə elə gəlirki
kişidə qadınsız qala bilməz.
 
 
                Kişi qadından ayrılanda və yaxud başqası ilə ona
xəyanət edəndə bu ayıb sayılmır.Daha da tərəf tutulurki kişi kişidir.Ona
olar! Niyə?! Kişilər göydən düşmə məxluqdurki?!
 
 
                Ancaq vay o gündən ki,qadın kişiyə xəyanət etsin və
onu başqası ilə aldatsın. Onda kişi dərhal qadını tərk edər. Bu da
yetməzmiş kimi onun adına sözdə çıxardarki "fahişəydi " aldatdı məni.
 
 
                Son bir həftədir oxudugum və ləzzət aldığım bir kitab
var. Türkiyəli köşə yazarı olar Oben Budakın "Falan Filan” kitabı.  İlk
qələmə aldığı kitab olsada fikirlərini çox gözəl çatdırıb oxucuya.Elə
bu kitabda da aldadılmış Bige adlı bir qadından bəhs olunur.Qadın öz
fransız sevgilisi Adrien terefinden aldadılır. Ancaq buna baxmayaraq
bezi qadınlar kimi özünü kişinin sevgisinin qarşısında əzdirmir. Hətt da
Adrienin Bigeye aldığı televizoru belə eyvandan ataraq çilik-çilik
edir  və özünü ələ alaraq köhnə sevgililərini yad edir yenidən köhnə
həyatına geri dönür. Onu maraqlandıran tək bir şey isə danışdığı
oğlanların önündə cazibəli görünməsi və onları yatağa atmalıdır.Ancaq
hər yatdığı şəxsin qoynunda belə Adrieni unutmur.Ancaq Adrien ise köhne
sevgilisi ilə kim bilir nə edir.
 
 
                Ümumiyyətlə siz eşq nədir bilirsiz?
Eşq qadına və kişiyə fərqli təsir edir. Aşiq olan qadının gözündə
eşqdən özgə heç bir şeyin dəyəri qalmır. Aşiq olan kişinin gözündə isə
hər şey yenidən dəyər qazanır. Kişilər dəli kimi aşiq olurlar, vaxt
keçdikcə ağıllanırlar. Qadınlar isə düşünərək aşiq olurlar, vaxt
keçdikcə dəliləşirlər. Bax budur kişinin sevgisi ilə qadının sevgisi
arasındakı fərq.
 
 
                Yuxarıda qeyd etdiyim kimi Bige sevgili olduğu
kişilərdən sex tələb edir. Ancaq bizim xanımlarımızda bu fərqlidir. Kişi
əgər xanıma yaxın münasibət təklif edirsə çox az faiz insanlar bunu
qəbul edir çox faizi isə qəbul etməyərək münasibətini bitirir.
Düşünmürsüzki kişi onu təqdim edirsə sizi çox istədiyinnən təqdim edir?
Mən özüm bununla qarşılaşmamışam.Ancaq maraqlıdır ki nəyə görə biz
avropa qədər inkişaf etməmişik.
 
 
                Biz cinsi əlaqəni yanlız yaddaşımıza pis bir şey kimi save etmişik. Ancaq onun özəllikləridə var.
Deməli Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval —
ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.Cinsi əlaqə
zamanı qan dövranı yaxşılaşır. 
 
Yaxşı bir cinsi həyatın, beyin üçün
də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında
normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı,
stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq,
həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı
təklif edir. Bunu Britaniyalı alimlər belə açıqlayıb.
 
 
                Məncə qadınlarə və kişiləri daha çox həyatda məyus
edən iki hadisə var xəyanət və ayrılıq. Düzü kişilərə çoxda təsir etmir
bu. Ancaq ən çox əziyyət çəkən qadınlar olur. Hətta depresiyaya düşmək
şansları daha çox olur.  Biz xəyanəti  kimləsə aldatıldım deyə qələmə
veririk. Ancaq xəyanət netibarınızdan istifadə edərək sizə qarşı
hörmətsizlik edərək aldatma və vəfasızlıqdan, tərəfənizdən sevdiyini
fərz edən və ya sizi sevən insanlara qarşı pis davranmaq düşmənlərinizə
yardım etməyin özü belə xəyanətdir.  Ümumiyyətlə alimlər bildiriblərki
xəyanət qarşı cinslə əlaqədən sonra başlayır. Yəni çox vaxt vaxtından
əvvəl münasibətlərin,evlilikdən əvvəl dərinləşməsi xəyanətə gətirib
çıxardır.
 
 
                Ayrılıq isə qovuşmaq bilməyən yollardır. Ayrılıqlar
sadəcə sevgidən ibarət deyildir. Yaxln insanı,sevdiyin əşyanı,ölkəni və
indi ən aktual olan sevgilini itiribdə kimnənsə ayrı qala bilərsən.
Bununda sonu gətirib depresiyaya çıxardır. Ayrılıqdan isə çox vaxt
əziyyət çəkən qadınlarımız olur.
 
                 Ən gözəli iə sevgidə,münasibətlərdə nə edirsiznizsə
edin qarşılıqsız edin onda siz daha çox xoşbəxt olarsız. İnsanlara isə
yaşadığı həyata görə özünə görə qiymət verin. Əgər ətrafınızdakı
qadınlardan kimsə siqaret çəkib içki edirsə onu buna görə danlayıb tək
qoymayın.  Çünki hərənin bir cürə həyat tərzi və yaşamı var. O içki
qəbul edib siqaret çəkirsə bu o demək deyilki həmin xanım fahişədir.
Əksinə indi elə qadınlar varki bu sadaladıqlarımnan istifadə etmirlər
min oyunnan çıxırlar. İnsanlar,xarakterlər,yaşam tərzləri  müxtəlifdir.
Ən əsasl isə bu həyatda özünüz olun. Bu gününüzü sonuncu gününüz kimi
yaşayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!