Felaket Deyilmi?

Felaket Deyilmi?
Maraqlı məlumatlar
10.09.2017 131
Göz yaşlarının fəlakətini gördünüzmü? Bəs təbəssümlərin necə? Qorxuların fəlakətini gördünüzmü? Bəs ümidlərin necə?.. Göz yaşlarımızı saxtalaşdırmışıqsa, məgər bu, fəlakət deyilmi? Təbəssümlərimizi saxtalaşdırmışıqsa, məgər bu, fəlakət deyilmi? Bəs qorxularımız ruhumuza yox, nəfsimizə xidmət edirsə? Bəs ümidlərimiz əbədiyyət arzusunun yox, boş xəyalların arxasınca “qaçırsa”? Ya da insanlığımız öz içimizdən kənara çıxa bilmirsə? Ya da xeyirxahlığımız, mərhəmətimiz ancaq özümüzə çatırsa?..Bütün bunlar fəlakət deyilmi? Ürəklərin daşlaşması fəlakət deyilmi? Baxışların buzlaşması fəlakət deyilmi? Dövlətini itirmək şəfqətini itirməkdən dahamı ağırdır? Şöhrətini itirmək siqlətini itirməkdən dahamı ağırdır?..Ağılların “tutulması” buludların tutulmasından daha dəhşətli deyilmi? Ümidlərin “tökülməsi” yarpaqların tökülməsindən daha dəhşətli deyilmi?..Nifrətin bağladığı qapını hansı qapı bağlaya bilər? Ya da, sevginin açdığı qapını hansı qapı aça bilər? Söz qılıncının kəsdiyini hansı qılınc kəsə bilər? Ya da, söz iynəsinin tikdiyini hansı iynə tikə bilər?..Günəş dünyadan əvvəl qəlbimizə doğmursa, nə mənası var? Yağış dünyadan əvvəl qəlbimizə yağmırsa, nə mənası var? Əsl fəlakət “çürük” fikirlərin qaranlığında yaşamaq deyilmi? Əsl fəlakət “çürük” düşüncələrin ağırlığını daşımaq deyilmi?..Səadətini yalnız var-dövlətdə görmək fəlakətə bir az da yaxın olmaq deməkdir. Səadətini yalnız şan-şöhrətdə görmək fəlakətə bir az da yaxın olmaq deməkdir. Dünyaya gəlib, “dünyada qalmaq” fəlakətə bir az da yaxın olmaq deməkdir. Günəşi görüb, işığına kor olmaq fəlakətə bir az da yaxın olmaq deməkdir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!