Insanda yalani nece tapmaq olar?

Insanda yalani nece tapmaq olar?
Maraqlı məlumatlar
10.09.2017 37
Yalançı adamı necə tanımaq olar? Əgər bilmirsinizsə, sizə bu keyfiyyətləri yazim, siz də bilin

1.Yalan danışan adam göz-gözə gəlməkdən qaçır və ya göz-gözə gəlməmək üçün əlindən gələni edir.
2.Əl-qol hərəkətlərindən az istifadə edir.
3.Hərəkətləri ilə sözləri uyğun gəlmir.
4.Baş hərəkətləri mexanikidir.
5.Əlləri çox vaxt bağlı olur.Əllərin aşağı vəziyyətdə olması da yalançılara xas keyfiyyətdir.
6.Əllərini tez-tez üzünə və boynuna aparır.
7.Suallara cavab verərkən rahat olduğunu göstərməyə çalışır.
8.Yerli-yersiz çiyinlərini çəkir.
9.Təəccüb,qorxu və ya sevinc kimi hisslər ağız nahiyyəsi ilə məhdud qalır.
10.Yalan danışan adam ayaqüstə dayanarkən və ya oturarkən kürəyini dik tutmur.
11.Danışdığı adamla ya çox az fiziki təmas qurur,ya da heç qurmur.
12.Onu ittiham edən adamla arasında məsafə qoyur.
13.Yalan danışan adamın tez-tez dilinin dolaşması da təbiidir.
14.Qarşısındakı adam danışdığı yalana inanana qədər danışmağa davam edir.
15.Suallara heç vaxt birbaşa cavab vermir.
16."Mən","biz" və "bizim" kimi şəxs əvəzliklərindən ya çox az,ya da heç istifadə etmir.
17.İstifadə etdiyi sözlər çox vaxt aydın olmur.
18.Bütün suallara cavab versə də,özü sual vermir.
19."Həqiqəti söyləmək lazımdırsa" və ya "Niyə yalan deyim ki?" kimi cümlələrdən istifadə edir.
20.Sualı əvvəlcədən düşünür və təbii ki,cavabı əvvəlcədən hazırdır.
21.Sualı təkrar etməyi tələb edir,ya da suala sualla cavab verir.
22.Danışmağa "Səhv başa düşməyini istəməzdim,ancaq..." kimi cümlə ilə başlayır.
23.İttihamlara qarşı laqeyddir.
24.Diqqətinizi dağıtmaq üçün zarafat edir.
25.Geniş izahat tələb edən məsələləri adi bir şey kimi çatdırır.
26.Yalanı o qədər inanılmazdır ki,ona bəlkə də sırf buna görə inanırsınız.
 
  Vaxt ayırıb oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. şərhlərinizi səbirsizliklə gözləyəcəm.İnşallah daha maraqlı xəbərlərimi sizlərə təqdim edəcəmскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!