Dizayner süddən paltar hazırladı

Dizayner süddən paltar hazırladı
Maraqlı məlumatlar
10.09.2017 24
 
Almaniyalı gənc dizayner moda dünyasında inqilabi yenilik edərək süddən paltarlar yaradıb. "Reuters"ə istinadən verdiyi xəbərə görə, 28 yaşlı Anke Domaske süd zülalı kazeinin yüksək konsentrasiya olunması nəticəsində alınan "QMilç" adlanan parça istehsal edib. Bu parçanın tərkibində heç bir kimyəvi preparat yoxdur.
Tamamilə təbii materiallardan hazırlanan "QMilç" parçası ekolojidir və səhhətə xeyirlidir, zülalın tərkibindəki amin turşuları həmçinin antibakterial və yaşlanmağa qarşıdır, qan dövranına və bədən temperaturunun tənzim olunmasına kömək edir. Domaske indi tamamilə süddən hazırlanmış paltarlardan kolleksiya düzəltmək istəyir.
Süd parçası 1930-cu illərdən bəri mövcud olsa da, onlar çox qeyri-ekoloji şərtlərdə istehsal olunur və hazırlanmasında çoxlu kimyəvi preparatlardan istifadə olunurdu. Əvvəlki prototiplərdən fərqi olaraq Domaskenin parçası tamamilə kazeindən hazırlanıb. Domaskenin dediyinə görə, bir dənə paltarın hazırlanması üçün təxminən 6 litr süddən istifadə olunur və paltarın qiyməti 150-200 avro arasında dəyişir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!