“Kleopatra”nın zinət əşyaları sərgiyə çıxarıldı

“Kleopatra”nın zinət əşyaları sərgiyə çıxarıldı
Maraqlı məlumatlar
10.09.2017 33
 
Amerika Birləşmiş Ştatlarında mərhum aktrisa, "Kleopatra" obrazına görə yadda qalan Elizabet Teylorun zinət əşyaları sərgiyə çıxarılıb.
Aktrisanın qiymətli kolleksiyası dekabr ayında hərraca çıxarılacaq, lakin istəyənlər elə indidən bu daş-qaşlarla tanış ola bilərlər.
Eksponatlar arasında aktrisanın həyat yoldaşının bağışladığı 30-karatlıq brilyant üzük də var. Elizabet Teylor sağlığında bu üzüyü, demək olar ki, barmağından çıxarmırdı, məhz buna görə də üzük Teylorun pərəstişkarları üçün daha qiymətlidir. Cəvahirat həvəskarları sərgidə "Səyyah" mirvarisi ilə bəzədilmiş boyunbağını da görə bilərlər. Həmin mirvari 16-cı əsrdə ispan sülaləsinə məxsus olub. Hind şahının xəzinəsindən olan ürək-formalı "Tac-Mahal" brilyantı da sərgiyə gələnlərin gözünü oxşayır.
Bu ilin əvvəllərində dünyasını dəyişmiş Elizabet Teylor həmişə ləl-cəvahir toplamağı xoşlayıb, özü də əksər zinət əşyalarının dizaynını özü verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!