Xəyal haqqında aforizmlər

Xəyal haqqında aforizmlər
Maraqlı məlumatlar
10.09.2017 74
 
* Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. ( Qaston Levis: Fransız yazıçısı )

* Ən böyük işlər böyük xəyallar qurmaq xüsusiyyəti olan insanlarla başlamışdır. ( Naməlum )

* Siz var olan şeyləri görür və belə deyirsiniz:" Nə üçün? ". Amma mən olmayan şeyləri xəyal edir və deyirəm:" Nə üçün olmasın?". ( Bernard Şou )

* Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız. ( Mark Tven: Amerika yazıçısı )
* Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. ( Ralf Emerson: Amerika filosofu )

* İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. ( Frensis Bekon: İngilis alimi )

Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir. ( Anatol Frans: Fransız yazıçısı )

* Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da, qələbəni təmin edirlər. ( Höte: Alman mütəfəkkiri )
* Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. ( Xun Tszi-En: Çin yazıçısı )

* Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər. ( Pifaqor )

* Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərlə qaralama tələb edir. ( Jül Renar: Fransız yazıçısı )

* İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun öz təxəyyülüdür. ( Arturo Qraf: İtalyan alimi )
* Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman... ( Jan de Lafonten: Fransız şairi )

* Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. ( Alfred Kapus: Fransız yazıçısı )скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!