Dünyanın ən çətin 8 dili – MARAQLI

Dünyanın ən çətin 8 dili – MARAQLI
Maraqlı məlumatlar
10.09.2017 44
Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlər araşdırma aparıb öyrənilməsi ən çətin olan 8 dili açıqlayıblar.
Oxucularımıza dünyanın ən çətin 8 dilini təqdim edirik:
Çippeva diliŞimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.
Çin diliÇin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.
Tabasara dili
Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.
Sanskrit dili
Allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsız.
Abaz diliAbaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: "bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür". Bunun səbəbi isə dilin çətin fonetikasıdır.
Bask dili
Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edirdilər.
Rus dili
Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallandırma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir. Məsələn: "Gəzməyə gəlirsən?" - "Yox, bəlkə də..."
İngilis dili
Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir: söz yazıldığı kimi oxunmaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!