Alo sözünün mənasını bilirdinizmi?

Alo sözünün mənasını bilirdinizmi?
Maraqlı məlumatlar
10.09.2017 155
Bir sevgilinin adı idi
Telefonda az qala hər gün kim bilər neçə dəfə istifadə etdiyimiz ALO sözü, əslində bir sevgilinin adının qısaldılmış formasıdır.
Sevgilinin tam adı Alessandra Lolita Oswaldo-dur. Bu sevimli gənc qız, telefonu icad edən Aleksandr Graham Bell-in sevgilisi idi. Graham Bell, telefonu icad edəndə, ilk xətti sevgilisinin evinə çəkmişdi. ALO Atelyesində, telefonu zəng çalanda, axtaranın Allessandra Lolita Oswaldodan başqası ola bilməyəcəyini bildiyindən, Graham Bell, telefonu açar açmaz Alessandra Lolita Oswaldo deyirdi.
Bell, zaman keçdikcə sevgilisinə adını qısaldaraq xitab etməyə başladı və telefonu hər açılışında onu Ale Lol Os deyə qarşıladı.
İşləri uzandıqca, Graham Beli, sevgilisinin adını daha da qısaltdı və ona iki hecalı bir ad tapdı. Bu qısa ad ALO idi.
İnkişaf etdirib bütün şəhərə yaymağa çalışdığı telefondan başqa bir şey düşünməyən Allessandra Lolita Oswaldo Bell-i tərk etdi.
Yaşlı Bell, sevgilisinin özünü bir gün axtaracağı ümidiylə telefonun başından ayrılmadı. Şəhərdə çəkilən telefon xəttlərinin sayı da gedərək artmağa başlamışdı. Graham Bell-i artıq başqa kəslər də axtarırdı. Lakin o, telefonun hər zəngində, özünü sevgilisinin axtardığını sanaraq telefonunu ALO deyərək açır və hər kəsə artıq ALO deyirdi.
O günlərdə dərhal hər kəs, telefonu açdıqlarında Aleksandr Graham Bell-in xatirəsinə hörmət olaraq ALO deməyə başladı.
Bu gün bütünümüzün istifadə etdiyi ALO sözü o günlərdən günümüzə gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!