Könül rahatlığının sirri

Könül rahatlığının sirri
Maraqlı məlumatlar
10.09.2017 41
Küy-bizim orqanizmimiz üçün ən güclü qıcıqlandırıcı amillərdən biridir, üstəlik, biz daimi səs-küy fonunda yaşayırıq. Hər birimiz bu və ya digər dərəcədə sakitlik çatışmazlığından əziyyət çəkirik. Bu isə təkcə bizim eşitmə orqanlarımıza mənfi təsir göstərrmir, bizim bütün orqanizmimiz, o cümlədən də qəlbimiz küy stresinə məruz qalır. Buna görə də həyatın bəzi mərhələlərinə bizim hamımıza sakitlikdə qalmaq lazımdır ki, mühüm qərarı götür-qoy edək, ya da könlümüzün pozulmuş rahatlığını bərpa edək. Gündə heç olmasa , bir neçə saat özünüz üçün sakitlik yaradın. Bunun üçün ilk növbədə susmaq lazımdır.
Susmaq-daxili harmoniyanın bərpa üsullarından biridir. Susmağa təblaşmayan adamlar, psixoloqların fikrincə, heç cür həll edə bilmədikləri daxili problemlərdən üzülür, buna görə də mənəvi həytındakı bu boşluğu səs-küylə doldurmaq istəyirlər. Bizim ağzımızdan çıxan sözlərlə baş verənlər arasında ümumi məqam çox az olur.
Sakitcə oturaq
Heç olmasa, gündə bir neçə dəqiqə sakit bir guşəyə çəkilin. Səsli gerçəklikdən 20-30 dəqiqə uzaqlaşmaq arterial təyziqə və ürəkdöyünməyə qeyri-adi müsbət təsir göstərir. Gün ərzindəki davranışınızı təhlil edin. Anlayacaqsınız ki, maşına əyləşən kimi radionu açmaq heç də vacib deyil, evdə çəkmələri soyunan kimi televizorun qarşısında oturmaq da lazım deyil. Səssizliyin ən xoşagələn üsulu-axşam telefonu söndürüb bağlı qapı arxasında efir yağları ilə ətirli vanna qəbul etməkdi. Bütün bu sadə təbirlər sizin ovqatınıza müsbət təsir göstərir. Susmağın xeyrini hiss etdikdən sonra irəli gedib, fiziki mərkəzləri susmaqla sağaltmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!