Tarixin ən böyük uduşlu cekpotları

Tarixin ən böyük uduşlu cekpotları
Maraqlı məlumatlar
10.09.2017 26
 
1.Qadınlar.biz banker.az-a istinadən bildirir ki, bütün tarix boyu ən böyük cekpot (390 milyon dollar) 2007-ci ilin mart ayının 7-sindən 8-nə keçən gecə Mega Millions lotereyasında oynanılmışdır. Tirajdan bir neçə gün əvvəl bütün ölkədə lotereya satılan avtomatların qarşısında böyük növbələr yaranmışdı. Nyu-Yorkda bir saat ərzində 1 milyondan çox bilet satılmışdı. Cekpotu qazanmaq şansı 176 milyonda 1 idi və bu xoşbəxtlik Nyu- Cersili iki insanın bəxtinə düşür. Onların hər biri 190 milyon dollar qazanmışdılar.
2. 365 milyon məbləğdə olan cekpot 2006-cı ilin 18 fevralında oynanılmışdır. Böyük məbləğ Nebrask ştatından olan səkkiz nəfərə qismət olmuşdu. Linkoln şəhərində ət kombinatının işçiləri Powerball lotereyasının biletlərini əldə etməyə qərara alırlar. Onlar 365 milyon dollar udduqlarını öyrənəndə bu xəbərə inanmamışdılar. Bir neçə gündən sonra qaliblər lotereya təşkilatçısının ofisinə gedirlər və 177 milyon məbləğində pul alırlar. Lotereyanın qaydalarına əsasən, cekpot tam olaraq 30 il ərzində ödənilir.

3. Big Game lotereyasının cekpotu 2000-ci ilin 9 mayında 363 milyon dollar təşkil etmişdi. Amerikalı iki şəxs cekpotu qazanmış bəxtəvərlər olurlar. Vergilər tutulandan sonra hər bir qalib 90,3 milyon məbləğində uduş əldə edirlər. Qaliblərdən biri Larri Ross olmuşdu. O, lotereya oyunlarını sevmir. Lakin günlərin bir günü o, iki dollara hot-doq alır. Satıcının xırda pulu olmadığı üçün o, Larri Rossa qalıq əvəzinə lotereya verir.

4. 340 məbləğində uduş. 2005-ci ilin 19 oktyabrında Stiv Vest "Puerboll" lotereyasının qalibi olmuşdu.

5. 314,9 milyon məbləğində cekpot 2002-ci ilin dekabrında, Milad ərəfəsində oynanılmışdır. Qalib olandan sonra Cek Uittaker iki dəfə xuliqanlıq və sərxoş halda avtomobil idarə etdiyi üçün məhkum olunmuşdu. Həmçinin onu iki dəfə soyğun etmişdilər. Bədbəxt milyonerin evində onun dostunun nəvəsini vəfat etmiş şəkildə tapmışdılar. Həmin qız narkotik dozasının artıq olduğu üçün vəfat etmişdi. Bir neçə aydan sonra milyonerin öz nəvəsi də həmin səbəbdən vəfat edir.

Daha sonra Antlantik- Sitidə kazinonun administrasiyası Cek Uittakeri məhkəməyə verir. Kazinonun administrasiyası Cekin kazinoya verdiyi qəbzlərin saxta olduğunu iddia edirdi.
Milyoner özü cekpot udduğu üçün həyatının məhv olmasını deyir. Onun həyat yoldaşı isə elə hesab edir ki, onlar gərək bu "uğurlu" bileti sadəcə olaraq cırardılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!