Hindlilərin xoşbəxtlik məsləhətləri

Hindlilərin xoşbəxtlik məsləhətləri
Maraqlı məlumatlar
10.09.2017 26
 
Nepal Tantra totemlərinin yaxşı və xoşbəxt həyat üçün məsləhətləri 
- Kəpəkli düyü çox yeyin. 
- İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu zövq alaraq edin. 
- Ən çox sevdiyiniz şeiri əzbərləyin. 
- Eşitdiyiniz hər şeyə inanmayın, sahib olduğunuz hər şeyi xərcləməyin və istədiyiniz qədər yatmayın. 
- "Səni sevirəm" deyəndə, bunu ciddi olaraq söyləyin. 
- "Təəssüf edirəm" deyəndə həmin insanın gözlərinin içinə baxın.
- Evlənməzdən əvvəl ən azı 6 ay nişanlı qalın.
- İlk baxışdan sevgiyə inanın.
- Başqalarının arzularına əsla lağ etməyin.
- Ehtirasla və dərindən sevin. Bəlkə sonradan yara ala bilərsən, amma bu, həyatı bütöv yaşamağın tək yoludur.

- Anlaşılmaz vəziyyətlərdə dürüst olun.
- Heç kimin qəlbini qırmayın, təhqir etməyin. 
- İnsanları qohumlarına görə mühakimə etməyin.
- Yavaş danışın, amma sürətli düşünün. 
- Biri sizə cavab vermək istəmədiyiniz sual verərsə, gülümsəyin və ən böyük sevginin, uğurların daha böyük riskləri olduğunu xatırlayın.
- Ananıza zəng edin.
- Biri asqıranda "Sağlam ol" deyin.
- İtirdiyinizdən dərs alın.
- 3 şeyi unutmayın: özünə hörmət; başqalarına hörmət; hər şeydə məsuliyyət.
- Kiçik bir anlaşılmazlığın böyük bir yoldaşlığı pozmasına imkan verməyin.
- Telefona cavab verərkən gülümsəyin. Sizi axtaran insan bunu səsinizdən anlayacaq.
- Danışmaqdan, söhbətdən xoşlanan bir qadın / kişi ilə evlənin. Yaşlananda danışma qabiliyyətiniz hər şeydən daha əhəmiyyətli olacaq.

- Bir az tək qalın. 
- Dəyişikliklərə qucaq açın, amma dəyərlərinizi itirməyin. 
- Susqunluğun bəzən ən yaxşı cavab olduğunu unutmayın. 
- Daha çox kitab oxuyun, daha az televiziya seyr edin. 
- Yaxşı və hörmətli bir həyat yaşayın. Yaşlananda keçmişi xatırlayarkən bir daha necə zövq aldığınızı görəcəksiniz. 
- Allaha inanın, amma avtomobilin qapılarını da bağlayın. 
- Evdə sevgi dolu bir atmosfer əhəmiyyətlidir. Rahat bir mühit yaratmaq üçün əlinizdən gələni edin. 

- Keçmişdə çox yaşamayın. Bildiklərinizi paylaşın - bu, ölümsüzlüyü əldə etməyin bir yoludur.
- Planetimizə qarşı nəzakətli olun.
- Dua edin. Duada ölçülə bilməyəcək bir güc var.
- Sevgisini sizə nümayiş edənə mane olmayın.
- Başqalarının işinə qarışmayın.
- Onu öpərkən gözlərini bağlamaq bir qadına / kişiyə güvənməkdir.
- İldə bir dəfə heç getmədiyiniz bir yerə gedin.
- Çox pul qazanırsınızsa, həyatdaykən başqalarına kömək edin. Unutmayın, istədiklərinizi əldə edə bilməmək bəzən böyük bir şansdır.
- Bütün qaydaları öyrənin, sonra bəzilərinə uymayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!