"Düz" bildiyimiz səhvlər | Gözlər haqqında

Maraqlı məlumatlar
10.09.2017 43
 
Bəzən düz bildiyimiz məlumatları yoxlamadan əminliyinə illərlə inanırıq. Gözlər haqqında düz bildiyimiz 15 səhv bunlardır:
Səhvdir: Eynək və ya linzadan istifadə etmək görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır.Düzdür:  Eynək və ya linzadan istifadənin görmə qabiliyyətinin pisləşməsinə heç bir təsiri yoxdur. Onlar sadəcə daha yaxşı görmək üçündür.
Səhvdir: Bir insan uzağı və yaxını dəqiq görürsə, deməli gözü sağlamdır.Düzdür:  Xüsusilə gənc yaşlarda uzağı və yaxını yaxşı görən insanlarda belə hipermetropiya və astiqmatizm xəstəlikləri olur.
Səhvdir: Çox ağlamaq göz yaşın qurudur.
Düzdür: Ağlamaq psixoloji haldır və ağlamağın göz yaşına təsiri yoxdur.
Səhvdir:  Rahatladıcı eynək baş və göz ağrısını azaldır.Düzdür:  Rahatladıcı eynək yoxdur. Eynək rəqəmlərlə fərqləndirilir. Eynək daha yaxşı görmək üçün istifadə olunmalıdır. Rahatladıcı eynək adlandırılan eynəklərin hər hansı bir müalicəvi və ya rahatlatma xüsusiyyəti yoxdur.
Səhvdir: Duzlu yeməklər gözə mənfi təsir edir.Düzdür:  Duz hipertenziya kimi bəzi xəstəliklərə mənfi təsiri ola bilər. Lakin gözün sağlamlığına heç bir mənfi təsiri yoxdur.
Səhvdir:  Çox yaxından televiziya izləmək və kitab oxumaq gözə ziyandır.Düzdür:  Bu kimi halların gözün sağlamlığına mənfi təsiri yoxdur. Lakin bunlar gözün pisləşməsi əlaməti kimi görünə bilər.
Səhvdir: Kök yemək görməyi yaxşılaşdırır.Düzdür:  Bütün meyvə və tərəvəzlərdə gözə xeyirli olan vitaminlər var. Lakin çoxlu kök yeməyin gözə xüsusi təsiri yoxdur.
Səhvdir: Katarakt xəstəliyi sadəcə yaşlılarda olur.Düzdür:  Katarakt yaşlılarda daha çox müşahidə olunsa da uşaqlarda, gənclərdə və körpələrdə də olur.
Səhvdir: Katarakt xəstəliyi bir gözdən digər gözə keçə bilir.Düzdür:  Katarakt bir gözdən digər gözə keçə bilmir. Lakin çox hallarda hər iki gözdə olmaqla müşahidə olunur.
Səhvdir: Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirir.Düzdür:  Kompyuterdən uzunmüddətli istifadə gözü pisləşdirmir. Lakin gözdə olan kiçik qüsurları ortaya çıxarır.
Səhvdir: Eynəkdən imtina etmək üçün gözü cızdırmaq.Düzdür:  Görmə qüsurlarının müalicəsi üçün tədbiq olunan lazer müalicəsində gözün şəffaf təbəqəsi bəlli hissələrdə incəldilir. Gözün hər hansı bir hissəsi cızılmır.
Səhvdir: Körpələr eynək taxmır.Düzdür:  Gözün müayinəsi anadan olduqdan sonra keçirilir. Körpələr 3 aylıq dövrdən sonra eynəkdən istifadə edə bilər.
Səhvdir: Uşaqlarda olan çəpgözlük böyüdükcə keçir.Düzdür:  Uşaqlarda bəzi hallarda çəpgözlük ciddi səviyyədə olur. Onlar dərhal müalicə olunmalıdır. Çəpgözlüyün eynək və lazer vasitəsilə müalicəsi mümkündür.
Səhvdir: Katarakt xəstəliyi yenidən yarana bilir.Düzdür:  Katarakt yenidən yaranmır. Bəzən bəzi hallar kataraktın yenidən yaranması kimi qəbul edilir. Lakin katarakt yenidən yarana bilməz.
Səhvdir: Göz damcısını damcılatdıqdan sonra gözü möhkəm qırpmaq lazımdır.Düzdür:  Gözə damcı damcılatdıqdan sonra 1 dəqiqə ərzində gözü yatılan vəziyyətdə bağlamaq lazımdır. Gözün sıx qırpılması damcının təsirini azaldır.
 Mənbə:ann.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!