De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

De, necə barışım mən bu zamanla? | Ramiz Təkani
Maraqlı məlumatlar
10.09.2017 136
 
Ədalət şam kimi əriyir, ALLAH Zor haqqı divara diriyir, ALLAH Yalan ayaq açıb yeriyir, ALLAH Bacara bilmirsən doğru-yalanla De, necə barışım mən bu zamanla...
Mərdlərin başını namərdlər yiyir Şərə göz vermiyib göz yumur Xeyir Gədalar özünə şahənşah deyir Yaxşılar iş görür pislə, yamanla De, necə barışım mən bu zamanla…
Ürəklər soyuyub olub buz kimi Namus çeynənilir 1 saqqız kimi 10 ilin pozğunun təmiz qız kimi Gəlin köçürən var toyla, nişanla De, necə barışım mən bu zamanla..........
Bığsız kişiləri el ağsaqqalı Elmdən dəm vurur ağıldan kalı Pələngə tay olub çaqqal çukqalı Qoyunu aşnalıq edir qabanla De, necə barışım mən bu zamanla..........
Qeyrət çoxları üçün olub 'qeyri ət' 1 milyon qaçqını olan bu millət Dözüb səbr eliyir dəhşətdi dəhşət Yuya bilmiriksə biz qanı qanla De, necə barışım mən bu zamanla..........
'Ramil Səfərova azadlıq', hanı? Verdik yad əllərə o mərd oğlanı Allah yerə soxsun Azərbaycanı Bu həyalı canla, bu həyəcanla De, necə barışım mən bu zamanla..........
İndi 1 şüar var, 'yaşasın rüşvət' Başda vəzifədir, ayaqda qeyrət Bu yolla hara gedir bu millət Yolu kəsmək olmur hətta QURANLA De, necə barışım mən bu zamanla..........
Ata-anasıni oğraşlar bu gün Qocalar evinə edirsə sürgün Qarabağ alınar? Bu qeyri mümkün Dünyanı titrədən ahu-fəğanla De, necə barışım mən bu zamanla..........
Hər kəs öz xeyrini güdür həyatda Bu işə ALLAH da mat qalıb hətta 2 doğma qardaş 1 damın altda 1 ocaq yandırır 2 qazanla De, necə barışım mən bu zamanla..........
Haqqa yox, nəfsədir indi etiqad 1 kimsə yoxsula etmiyir imdad Varlı öz dövlətin çəkdirir, ey dad Kasıb öz çəkisin çəkən qapanla De, necə barışım mən bu zamanla..........
Varlı süfrəsində olan tox milçək Durur ac kasıbdan hörmətdə yüksəy Pul üçün fağıra hansısa eşşək Əgər əmr edirsə 'xoruz tək banla' De, necə barışım mən bu zamanla..........
Kasıb nə deyirsə 'əşşşii' deyirlər 'Dəlidi, işləmir başı' deyirlər İndi dövlətliyə 'kişi' deyirlər Mənlik ölçülürsə dövlətlə, şanla De, necə barışım mən bu zamanla..........
Avropa dəbinə olannan kölə Ar zibil şəklində atılıb çölə Adam xəcalətdən az qalır ölə Darbalaq şalvarla, yarıq tumanla De, necə barışım mən bu zamanla..........
Mən vəhşi çimərlik gördüm bu yayda Diqqət! Fahişəxana tikilir ayda Ata Maskvada, ana Dubayda Oğul parapeddə, qız… Özün anla De, necə barışım mən bu zamanla..........
Şairlər yazmasın sevgi şeirini 'Məcnunlar' bulvarda gəzir 'Leylini' Erkəylər erkəyə salır meylini Nigah bağlıyırsa zənan zənanla De, necə barışım mən bu zamanla..........
Kişi var ev satıb qız kirəliyir Firminni oteldə can şirəliyir Arvad-uşağısa baş girəliyir 1 parça çörəklə, 1 baş soğanla De, necə barışım mən bu zamanla..........
Arvad var ərinin sözünə baxmır Ər var arvadının üzünə baxmır Bu dünya güzgüdə özünə baxmır?! Hanı Nuh peyğəmbər?! Gəlsin tufanla De, necə barışım mən bu zamanla..........
Məmurlar firon tək əyləşib taxtda Torpaq qanununun icrası saxta Kompüter, texnika olan bu vaxtda Kəndli yer şumluyur xışla, kotanla De, necə barışım mən bu zamanla..........
Cinayət törədən hakim bizdədi Xəstəsin öldürən həkim bizdədi Özün kəşf etmiyən alim bizdədi Bu əsəbi başla, bu dərdli canla De, necə barışım mən bu zamanla..........
Cəngi bata-bata batır zatımız Yallı yox caz gedir camaatımız Məhv olmaq üzrədi muğamatımız Əgər küsmüşüksə tarla, kamanla De, necə barışım mən bu zamanla..........
Güldürüb özünə şarlatanları Birləşmir dünyanın müsəlmanları Mənə fitva versin din irfanları 2 təriqətlə, 2 azanla De, necə barışım mən bu zamanla..........
Azmıdır bu xalqın din işğalçısı? Dələduz mollası, gopçu falçısı Hacı pivəsinin istehsalçısı Saziş bağlıyırsa dini dükanla De, necə barışım mən bu zamanla..........
Dinlədikcə şeytan çalan havanı Eyliyirik haqqa qarşı davanı Çoxu məşhərdəki haqqı-divanı Səhv salır Embavuddakı divanla De, necə barışım mən bu zamanla..........
Mən Nəsimi övladıyam, ay arsız Sizə qalsa lap dərimi soyarsız Kəfənimə qələm vərəq qoyarsız Haqq dünyasın gözdüyürəm gümanla De, necə barışım mən bu zamanla..........
Xəyala dalıram 1 an içində Günahsız əllərim al qan içində Bu şeiri yazmışam zindan içində Mən şair Rüstəməm, az məni danla Barışan deyiləm mən bu zamanla
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!