Səhvlərinizdən öyrənin

Səhvlərinizdən öyrənin
Maraqlı məlumatlar
10.09.2017 22
Qəzet müxbiri tibdə yeni ixtira etmiş alimdən, "siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?” — deyə soruşdu. Alim bu suala: "Anama”, — deyə cavab verdi və davam etdi: "Uşaq vaxtı
soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər
tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq
əvəzinə: "Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü
görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq
istəyəcəksən”, — dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.
Bir azdan anam: "Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə
ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?” —
deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü
təmizlədik. Sonra anam: "Bilirsən, sən südlə dolu şüşəni qaldıra
bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və
şüşəni su ilə doldurub- götürməyi öyrənək”. Bu hadisə mənim üçün böyük
bir dərs oldu. Bundan sonra səhv etsəm də qorxmadım. Əksinə, hər bir
səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım.
Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz
qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə
edirsən”...

 
P.S. Dahi olmaq heç də çətin deyil!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!