❀ Novruz bayramınız mübarək ❀

❀ Novruz bayramınız mübarək ❀
Maraqlı məlumatlar
10.09.2017 11
Bir sıra xalqlar yaz fəslinin
gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər
keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim
zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi
başqa şərq xalqları ilə yanaşı azərbaycanlılarda baharın - yeni ilin
gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda
rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin
ilk günüdür.

 
  Azərbaycanda adətə görə Novruz
bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının,
əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti
təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış,
hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!”
nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə
etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim
şərq ənənələrinin davamıdır. 



 
 Novruz bayramı
qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac
əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli,
paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng
yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər
barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb
oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar.
Novruz bayramında "haxışta”, "bənövşə”, "kos-kosa” oynayırlar.



      Qadınlar.Biz    əhli öz adımdan hər birinizin Novruz bayramını təbrik edirəm.

 Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş
hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz,
ümidləriniz gərçək olsun! Novruz bayramınız mübarək olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!