Hansı formada yatırsınız?

Hansı formada yatırsınız?
Maraqlı məlumatlar
10.09.2017 7
Yatdığınız poza sizin haqqınızda çox şey deyə bilər. Hansı pozada yatmağı xoşladığınızı müəyyən edin və özünüz haqqında maraqlı informasiyanı oxuyun.

1. Embrion
Bəzi insanlar kömbə şəkilində bükülüb yatırlar, onların bu
pozası ana bətnindəki embrionu xatırladır. Belə insanlar adətən güclü,
məqsədyönlü və bəzi hallarda qəddar olurlar, amma bu sadəcə zahiri
görüntüdür. Daxildə həmin insanlar olduqca həssas və inciyəndirlər.
Bəzən onlar tanış olmaya insan ilə söhbət və ya görüş zamanı utanır,
çəkinirlər, lakin müəyyən zaman keçdikdən sonra normaya düşür və
özlərini kifayət qədər komfortlu hiss edirlər. Sorğuda iştirak edən 1000
nəfərin 41%-i demək olar ki, bu formada yatır. Bir də qeyd etməyə dəyər
ki, belə formada daha çox qadınlar yatır, nəinki kişilər.

2. Şalban
İnsan sakit şəkildə yatır, qollar yana salınaraq, uzadılıb.
Belə insanlar haqqında demək lazımdır ki, onlar bir az arsız və
ətraf-aləmə qarşı şübhə ilə yanaşan olurlar. Digər tərəfdən isə onlar
ictimaiyyətdə olmağı və insanlara etibar göstərməyi sevirlər, onları
yelbeyin və yüngülxasiyyət də adlandırmaq olar.

3. Körpə məqsədyönlü 
Onlar əlləri qabağı uzadılmış şəkildə yatırlar,
belə düşünmək qəbul olunub ki, onlar açıq qəlbli insanlardır, amma
bəzən onlar həddindən artıq ədəbsiz (həyasız) ola bilərlər. Onlar bir
qərarın qəbulu üçün çox düşünür və götür-qoy edirlər, amma elə ki, qərar
verdilər, dediklərindən heç zaman imtina etməz və sona qədər öz
fikirlərində dayanarlar.

4. Soldat
Bu insanlar kürəyi üstə yatar, qollar isə bədən boyu aşağı
sallanmış olar, ayaqları da düz şəkildə uzanar, sanki onlar sıraya
düzlənmək əmri almış sıravilərdir. Bu insanlar olduqca sakit və bəzən
hətta qapalıdırlar. Onlar heç zaman heç yerə tələsmir, belə pozada
yatmağı sevən insanlar xaos və izdihamı, tünlüyü, çaxnaşmanı sevmirlər.
Bu insanlar yüksək və bəzən həddindən artıq dərəcədə şişirdilmiş
standartları olan insanlardır.

5. Sərbəst düşmə 
Insanlar qarnı üzərində uzanır, əllərini yastığın
altında gizlədirlər, başlarını isə böyürə döndərirlər. Bu həddindən
artıq ziddiyyətlər ilə dolu insandır. Onlar ünsiyyətə meyli və kobud
(söz qaytaran), tərbiyəli və ədəbsiz ola bilərlər, onlar əsəbi, həm də
küsəyən və tez inciyəndir. Bu insanlar ekstremal vəziyyətləri və öz
ünvanlarına deyilən tənqidi eşitməyi sevmirlər.

6. Dəniz ulduzu 
Bu insanlar qarnı üzərində yatırlar, qollar isə
yanlara uzadılıb. Belə pozada yan insanlar olduqca ünsiyyətə meylli və
açıq şəxsiyyətlərdir, onlar asanlıqla dost tapa bilir, belə ki,
cəmiyyətə qarşı açıqdırlar və həmsöhbətlərini dinləməyi bacarırlar. Əgər
onların dostlarına kömək lazım olsa, məhz bu insanlar ilk olaraq köməyə
gələcəklər. Bu dərəcədə ünsiyyətə rəğbət bəsləmələrinə rəğmən, onlar
hamının diqqət mərkəzində olmağı xoşalmırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!