Novruz bayramınız mübarək

Novruz bayramınız mübarək
Maraqlı məlumatlar
10.09.2017 9
 

 Üzlərə sevinc qonar,
Hər yanda tonqal yanar.
Uşaqlar bu tonqalın
Üzərindən atlanar
İlaxır günlərində.
Novruz bayramınız mübarək
 
Qodu-qodu gəzərlər,
Qol çırmayıb süzərlər.
Qoğal dolu xonçanı
Süfrələrə düzərlər

 Qodu-qodu gəzərlər,
Qol çırmayıb süzərlər.
Qoğal dolu xonçanı
Süfrələrə düzərlər
İlaxır günlərində.

 Oyun çıxarar keçəl,
Kosa keçəldən dəcəl.
Onların hər fəndinə
Burda tamaşaya gəl
İlaxır günlərində.

 
Keçəl çatıb qaşını,
Yeyər bayram aşını.
Çox istər atsın daha
Subaylığın daşını

 Hər gün atarlar papaq,
İstər böyük,ya uşaq.
Bir axşam gizli-gizli
Hamı kəsilər qulaq.
İlaxır günlərində.

 Qızlar fala baxarlar,
Bulaq üstə çıxarlar.
Ətirli bənövşəni
Dərib döşə taxarlar
İlaxır günlərində.

 

 Novruz gəzər vətəni,
Səsləyər yasəməni.
Bəzəyər bənövşələr
Bütün çölü,çəməni
İlaxır günlərində.

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!