Son dəfə qucaqlayacam

Son dəfə qucaqlayacam
Maraqlı məlumatlar
10.09.2017 13
Bu gecə son dəfə qucaqladım səni..Göz yaşlarım süzülərkən
dodaqlarıma..Duzu yandırdı sanki yaralanmış qəlbimi...Bu gecə yenə
qucaqladım səni mahnılarda... Amma bu dəfə həm mahnılarda axtardım səni
həm də həyatda.. Yenə həyəta isyan etdim.. Onu yox etmək istədim..Bir
dəfəlik yox etmək...Acı verməsin deyə...Bəlkə də göz yaşlarım qucaqladı
səni.. Onlar qışqırdılar avazları çıxdıqca.. Səni qışqırdılar..
Səni...Bu gecə son dəfə qucaqladım səni.. Sənsiz səssiz...Əllərimi
uzatdım.. Tutmaq istədim səni.. O isti əllərini.. Yooox...Tuta
bilmirəm..Tutmaq istəyirəm səni..Qucaqlamaq isti nəfəsini , səni hiss
etmək istəyirəm...Bu gecə son dəfə darıxdım sənin üçün..Bu gecə son dəfə
qucaqladım səni xəyallarımda..Öz özümə əsəbləşib yenə başladım
ağlamağa.. Bilmədim həyatamı isyan edim yoxsa özüməmi? Kimdi
günahkar?Yenə hiss elədim səni xəyallarımda..VƏ bu gecə son dəfə
qucaqladım səni...Nə qədər çox istədim burda olmağını. Yanımda səni
qucaqlamağı səni səndə hiss etməyi nə qədər çox istədim... Bu gecə son
dəfə yenə ağladım.. Sənin üçün.. Sənin xəyalın üçün.. Yenə düşünüb
günahkar axtardım.. Yooox.. Düşündüm günahkar mənəm...Çalışdım səni
silim... Səni həyatımdan xəyallarımdan beynimdən.. Amma ki alınmır..
Yaralı qəlbim unutmur səni.. Səni düşünürəm.. Sənsizlikdə..
Səssizlikdə...Darıxdım sənin üçün amma izah edə bilmədim..Nə səni nə də
ki, qəlbimə başa sala bilmədim..Səni axtardım tapa bilmədim.. Səsiniz
eşdə bilmədim.. Və ağladım.. Ağladım..Son dəfə səni damarlarımda axan
qan damlalarında qucaqladım...Bu axşam səni son dəfə qucaqladım....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!