Ölkələrə görə dəyişən süfrə qaydaları

Ölkələrə görə dəyişən süfrə qaydaları
Maraqlı məlumatlar
10.09.2017 61
Yemək yeyərkən ağızda səs eləmək dərhal hər mədəniyyətdə ayıb bir
hərəkət sayılır. Bu səbəblə də süfrədə riayət edilməsi lazım olan ədəb
qaydalarından bəhs edərkən daim bu cümləylə qarşılaşırıq: " Yemək
yeyərkən ağızda səs eləməyin " . Halbuki Çində yemək yeyərkən ağızda səs
eləmək , hətta gəyirmək son dərəcə normal bir hərəkət sayılır;
kimilərin yeməyi bəyənmirəm başlıca göstəricisidir.
Çindən
verdiyimiz bu nümunə əlbəttə bir istisna . Amma hər ölkənin əsrlər
içərisində meydana gəlmiş bir süfrə mədəniyyəti var. Qloballaşan dünyada
bu mədəniyyətlər bir-birinə qatışmazlar bənzərliklər göstərsə də ,
özündə bəzi fərqlilikləri hələ də saxlayır. Bu zəncir ailə əlaqələrindən
bəslənməyə qədər uzanıb gedir.
Gəlin , müəyyən başlı ölkələrə görə süfrə adət və vərdişlərinə bir nəzər salaq.
Çin
Çəngəl yerinə Hashi adı verilən çubuqlar istifadə edilər.
Yemək əsnasında kimsə bir-biriylə çox danışmaz . Yemək iştahla , ara verilmədən yeyilər.
Bütün yeməklərdən az az dadılır.
Boşalan stəkanlara servis edilir ; kimsə boşalan stəkanını özü doldurmaz .
Yemək yeyərkən ağızda səs və gəyirmək çox normal bir vəziyyətdir ; bu yeməkdən məmnun olunduğunun göstəricisidir.
Yeməkdən
doyum təmin edildiyi təqdirdə qabda bir az yemək buraxılar. Yoxsa ev
sahibi , qonağını kifayət qədər doyura bilmıdiyini düşünər.
Yemək sonunda şirniyat yerinə meyvə yeyilir.
İtaliya
"Yaşamaq
üçün ye , yemək üçün yaşamaq " anlayışı inkişaf etdirdikləri yemək
mədəniyyətində , süfrədə keçirilən müddət olduqca uzundur. Yeməklər
yalnız doymaq üçün deyil ailə və dostlarla vaxt keçirmək məqsədiylə
yeyilir.
Yemək zövq alaraq yeyilməlidir , buna görə də kimsə istəmədiyi bir yeməyi yeməyə məcbur edilməz.
Makaron və risotta kimi xəmir işləri , balıq və ət kimi doyurucu yeməklərdən əvvəl xidmət edilir.
Lasagna
bıçaq istifadə yeyilməz. Əks təqdirdə adamın yeməyi sərt tapdığını
eyham etdiyini fərz edərlər və bu hərəkət , yeməyi edənə təhqir olaraq
qəbul edilər.
Spagettiyi qaşıqla yeyilməsi xoş qarşılanmaz. Çəngəllə yeyilməlidir.
Salat adətən ən başda deyil, ən sonda yeyilir və bunu həzmə köməkçi içkilər təqib edər.
Capuccino nahar içkisi olaraq görülər. Axşam yeməyindən sonra əsla içilməz.
Qırmızı şərabın soyuq olmasına qarşıdırlar. Ancaq ağ şərab soyuq içilə bilər.
Yaponiya
Çinlilər kimi Yaponlar da Hashi adı verilən yemək çubuqlarıyla yemək yeyərlər.
Boşqabdakı
yeməkləri yemək çubuqları istifadə edərək qarışdırmaq , yeməyi alt-üst
etmək , bir adamı ya da nəyisə bunlarla göstərmək mədəniyyətsizlik
olaraq qəbul edilir.
Yemək yeyərkən ağızla səs çıxarmaq müsbət qarşılanır. Adamın yeməyi ləzzətli olduğu hiss olunur o zaman.
Bitən yeməyin qaba öncə qoyulmaması, yeməyin bir səfərdə yeyilməsi lazımdır.
Sushi
yeyilən bir məkanda balığın dadını dəyişdirəcəyindən siqaret çəkilməsi
qadağandır. Əks halda , bu aşbaz və qulluqçuya təhqir olaraq qəbul
edilər.
Masada kimsənin stəkanı boş qalmamalıdır. Buna görə hər kəs bir-birinin stəkanını doldurmalıdır.
Rusiya
Süfrədə xidmət öncəsi ən yaşlı adama aiddir yəni yemək birinci yaçlı adama qoyulur.
Masada əllərin hər kəsin görə biləcəyi nizamda tutulması gərəkir .
Araq dolu stəkanlar tokuşturulmadan yemək yeyilməz və içki içilməz.
Qadınlı kişili olan süfrə nizamında qadının içkisi kişi tərəfindən doldurulur.
Yemək yeyərkən başqasının qabına baxmaq kobudluq kimi sayılır.
İngiltərə
Nəzakət gərəyi , qonaq olaraq getdiyimiz yerdə , ev sahibi yeməyə başlamadan kimsə yeməyə başlamaz.
Meyvə , çörək kimi yeməklər əllə yeyilə bilər. Ancaq çörək əvvəl yeyiləbiləcək şəkildə kiçik parçalara bölünür.
Yemək , ağız tamamilə açıq şəkildə yeyilməz. Qaşığın ağıza paralel olaraq tutulmasına diqqət edilir.
Masada salfetlə burun silinməz .
Qılçaya sərilən salfet , tualetə getmək üçün qalxdığı zaman süfrəyə deyil, stola buraxılar.
Yemək əsnasında çalan telefona cavab verilməz.
Yemək sonunda istifadə çəngəl , bıçaq və qaşıq süfrəyə öncə qoyulmaz ,boşqab içinə qoyular.
Fransa
Süfrəyə oturulur oturulmaz qılçanın üzərinə bez salfet qoyurlar.
Dirsəklər masadan hər zaman uzaq tutular , müzakirə qoyulmaz.
Masada yemək xidməti əsnasında , "lütfən " və "təşəkkür edirəm " sözləri tez istifadə olunaraq məmnuniyyət bildirilir.
Boşqabdakı yemək bitmədən başqa bir yeməyə geçilməz.
Içilən hər qurtumda sonra ağız salfetlə silinir.
Yeməyin bitdiyini ifadə etmək üçün çəngəl və bıçaq qaba qoyulur. Beləcə , yemək xidməti edilməz.
İçki
xidmətinin təkrarlanılması istənmirsə, içkinin çox az verilməsi
lazımdır. Beləcə xidməti edən , adamın daha çox içki içmək istəmədiyi
mesajını alır.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!