Fenomenal ailə: 39 arvad, 94 övlad, 100 otaqlı ev - FOTO

Fenomenal ailə: 39 arvad, 94 övlad, 100 otaqlı ev - FOTO
Maraqlı məlumatlar
10.09.2017 25
 
Bu
kişi, deyəsən, dünya əhalisinin sayının 7 milyard nəfərə çatmasında ən
böyük "xidmət"i olacaq insan kimi tarixə düşmək istəyir.
Çünki
o, dünyanın ən unikal ailə başçısıdır. Belə ki, 39 arvadı, 94 övladı
olan Siona Çana 100 otaqlı ev tikdirib və əhli-küyalı da bu binada
yaşayır.
Ailənin əlahiddə məktəbi, çilingər və xarrat emalatxanaları, donuz və quşçuluq fermaları, habelə iri bostanla bağı var.
"Xinhua"ya istinadən bildirir ki, dünyanın ən böyük ailəsinin şam yeməyində adətən 30 toyuq, 60 kq kartof və 78 kq düyü yeyilir.
Hindistanın Misoram ştatının Baktavanq kəndində yaşayan bu ailənin başçısının 14 qızı və 33 nəvəsi də onunla birlikdə yaşayır.
Siona Çananın dediyinə görə, həyatından razıdır və naşükürlük etmir.
Çananın evi kəndin ən böyük binasıdır.
"Övladlarımı
tanrıların mənə verdiyi hədiyyə sayıram. Çünki 39 arvadım bir-biri ilə
yaxşı yola gedir və mən, dünyanın ən böyük ailəsinin başçısıyam", - Çana
deyib.
Çananın
ailəsində dəmir intizam var. Bütün arvadlar Çananın ən böyuk arvadı, 71
yaşlı Zatianqinin göstərişlərini sözsüz yerinə yetirirlər.
Ailənin 35 avtomobil və 12 traktordan ibarət qarajına isə Çananın böyük oğlu nəzarət edir.
Çananın dediyinə görə, bir ildə 10 arvad alıb və xanımları da onun dediklərinə qeyd-şərtsiz qulaq asırlar.
Siona
Çananın arvadlarından biri, 35 yaşlı Rinkmini isə söyləyir: "O,
başımızın tacı, ailəmizin böyüyüdür. Ərim kəndin ən gözəl insanıdır".
Ailənin sonbeşiyi isə 5 yaşlı Enqidir.
 




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!