Addım - addım nişan hazırlığı

Addım - addım nişan hazırlığı
Maraqlı məlumatlar
10.09.2017 87
Evliliyin ilk rəsmi addımını atacağınız o gözəl günə necə hazırlanmalı? Nələr etməlisiniz?

Boyu
boyuna xasiyyəti xasiyyətinə uyğun bir kürəkən namizədi gəlib də
'Mənimlə evlənərsənmi?' dedisə hazırlıqlar başlayır deməkdir:)
Ümumiyyətlə ailələr tanış olub söz kəsmə mərasimi edildikdən sonra nişan
tarixinə qərar verirlər. Bax o tarix gəlib çatana qədər etməniz lazım
olanların siyahısı:

Nişana çağırılacaq adam sayı müəyyən edilir.
Nişan məkanına qərar verilir. Nişan boxçası üçün alış-verişə çıxılır.
Nişan paltarı və ayaqqabısı alınır. Ailələrin taxacağı qızıllar alınır.
Nişan üzüyləri seçililir.Qırmızı lentlər nişan gününə hazır bir hala
gətirilir. Nişan qayçısı hazırlanır. Həyətdə bir nişan planlayırsınızsa
menyu seçimi aparılır. Evdə bir təşkilat edəcəksinizsə qonaqlarınıza
nələr təklif ediləcəyinə qərar verilir. Nişan mərasimi üçün istəsəniz
dəvətnamə paylayın.Nişan tortu seçilir.Fotoşəkilçi ilə razılaşıb çəkiliş
üçün hazırlanır. Professional fotoşəkilçi xaricində nişan mərasimi
əsnasında bolca fotoşəkil çəkə biləcək yaxın bir yoldaş müəyyən edilir
;) Bəy üçün kostyum, ayaqqabı, qalstuk alınır.Makyaj və saç modelinə
qərar verilir. Bu mərhələdə inandığınız bir bərbəri seçmənizi təklif
edərəm. Əks halda nişan saçı deyincə çox şişirdilmiş saçlar və makiyaj
ilə gözəlliyiniz kölgələnər .Nişan lentini kəsməsini istədiyiniz ailə
böyüyünüzə bunu bildirin. Kəsmədən əvvəl edəcəyi kiçik danışmağı
əvvəldən hazırlamaq istəyə bilər. Hər şey hazır geri saym başlasın :)
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!