Bu kişilərlə xoşbəxt olmaq mümkün deyil! – SİYAHI

Bu kişilərlə xoşbəxt olmaq mümkün deyil! – SİYAHI
Maraqlı məlumatlar
10.09.2017 20
Xoşbəxtlik
həmişə asan başa gəlmir. Bunun üçün hamı qəbul edir ki, qadınlar daha
çox əmək və sevgi sərf edir. Biri üçün bəzən həm ananı, həm dostu, həm
də sevgilini oynamaq lazım gəlir. Bəzən isə nə edirsinizsə edin,
vəziyyət dəyişmir. Xoşbəxtliyə nəinki yan alır, əksinə, getdikcə
uzaqlaşırsınız. "The Daily Telegraph" dünyanın bir çox ölkəsindən
qəzetin sosial şəbəkəsinə qoşulmuş 1 milyona yaxın oxucu arasında
apardığı sorğunu psixoloqların peşəkar məsləhətləri ilə birləşdirib və
qadınları bədbəxt edən kişi tiplərini müəyyənləşdirib. Beləliklə, nə
edirsiniz edin, sizi əsla xoşbəxt etməyəcək kişi tipləri.

İşinə nifrət edən tiplər

Demək
olar ki, əksəriyyətimiz günün çox hissəsini işdə keçiririk. Çox vaxt iş
yerində tamamlanmayan sənədlər evə gəlir. Nifrət edilən bir işlə məşğul
olmaqla keçən saatlar qədər kişiləri hər şeydən soyudan heç nə yoxdur.
Kişilər sahib olduqları ailəni saxlamaq, onun ehtiyaclarını ödəmək üçün
bəzən buna dözməli olurlar. Lakin bu, birbaşa onların psixoloji
vəziyyətini və əsəblərini zədələyir. İşini sevməyən kişilərin boş
vaxtları da sıxıcı keçir. Buna görə psixoloqlar evdə bu problemi olan
xanımlara təcili ona dəstək olmağı və yeni bir iş tapana kimi sizin
maaşınızla dolanmağı təklif etməyi məsləhət görür. Hər halda psixoloqlar
möhkəm və sağlam bir evliliyi zəngin, amma sevgisiz bir evlilikdən
üstün tutur.

Anası ilə bağlı mövzulara həssas olan tiplər

Bu
tiplərin sayı çoxdur. Kim nə deyirsə desin, ananın fikri vacibdir.
Tamamilə başqa cür hərəkət etsə də, onun fikrini öyrənir. İdeal bir
qadın olsanız da, o bunu görməyəcək. Onun bircə ideal qadını var.
Evinizdəki bu tipə aiddirsə və onu itirməyi gözə almırsınızsa, onda
ananın nəhəng kölgəsini qəbul edəcəksiniz. Psixoloqlar iddia edir ki,
heç bir qadın bu şərt daxilində əsla istədiyi kimi xoşbəxt olmur.


Tərifə ac olan tiplər

Onu
nə qədər tərifləyirsiniz, tərifləyin, həmişə acdır. Eqosu aşağı olan
kişilər buna doymur. Bunu sadəcə sizdən eşitmək onu əsla məmnun etmir.
Bunu hamıdan eşitmək istəyir. Sırf buna bağlı daha çox aldadırlar. Bu,
sevmədiyinin göstəricisi deyil. Sadəcə, onda eqo çox zəifdir. Bunu isə
ancaq tərif və başqaları tərəfindən yüksək qiymətləndirilmə, ona ehtiyac
olduğunu hiss etməyi təmin edir.

Sizin heç tanımadığınız dostları olan tiplər

Onun
dostlarını tanımırsınızsa, buna imkan vermir və onlarla həmişə başqa
yerdə görüşür, haqlarında qətiyyən danışmır, xırda məlumat belə
paylaşmırsa, həmişə narahatlıq və şübhə içində olacaqsınız. Psixoloqlar
onlar mütləq aldadır demir, amma hər an həyatına başqa birini almağa
hazırdır. İkinci halda isə ya sizdən, ya da dostlarından utandığı üçün
belə edə bilər ki, bu da hər iki halda dözülməzdir.

Qəhrəmanınız olmağa çalışan tiplər


Qəhrəman
olmaq ehtiyacında olan kişilər adətən evin tək oğlu olanlardır. Hər
şeydə kömək etməyə, məsləhət verməyə, yol göstərməyə çalışır, hər şeyə
qarışırlar. Evdə bacının və ya kiçik qardaşın olmaması sizin bunların
hər ikisini əvəz etməli olduğunuz deməkdir. Bütün problemlərini atıb,
ancaq sizə mərkəzləşəcək. Sorğu iştirakçıları onları sıxıcı və
zəhlətökən tiplər hesab edir.

Hər şeyi qısqanan tiplər
Onları
ən dözülməz tip adlandırmaq da olar. Qısqanclıq sevgidən qaynaqlansa
belə, xoş duyğu deyil. Ən azından qərbli xanımlar bunu insanın özünə
inamının və münasibətə hörmətinin itməsinə səbəb kimi görürlər.
Psixoloqlara görə, qısqanclığın sevgi ilə əlaqəsi yoxdur. Bu, tamamilə
qarşıdakını təzyiq altında saxlamağa istiqamətlənmiş şüuraltı hiss kimi
dəyərləndirilir. Məsləhət görülür ki, geyiminizdən tutmuş addım
atmağınızın formasına kimi hər şeyinizə qarışan və irad tutan biri ilə
ömrünüzü ziyan etməyəsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!