Limon istəyi...

Limon istəyi...
Maraqlı məlumatlar
10.09.2017 54
Vaxtı ilə hamilə bir qadın qonşusuna qonaq olur.
Oturduqları otaqda budaqları limonlarla dolu olan limon ağacı görür.
Ürəyi limon istəyər, lakin utandığından qonşusuna bunu söyləməz.
Bir
ara qonşusu mətbəxə gedər,bu zaman qadın yaxasında olan iynəni çıxarıb
limona batırar və həmin yerdən suyunu çəkərək bu arzusuna çatar.
Nəhayət
bir oğlan övladı dünyaya gələr: çöldə çox oynama, daha doğrusu
yaramazlıq etmə çağında bayıra çıxar. O zaman bəzi insanlar qabla su
daşıyardılar. Bu uşaqda əlinə bir qab alır və su daşıyanlara qoşular.
Arxadan su qablarını deşər və axan suyu içməyə başlar. Bu vəziyyət bir
neçə gün davam edər və sonda uşağın atasına şikayət edər və bunun daim
olduğunu deyərlər .Atası düşünər. Uşağın niyə belə etdiyini heç cürə
anlamaz. Vəziyyəti xanımına danışar. Niyə belə olması haqqda fikir
soruşar. O da vaxtı ilə başından keçəni danışar.
Bu vaxt kişi xanımına:
-
Bu dəqiqə qonşuya get və hərəkətini danış, sonra da halallıq istə.Əgər
belə etsən düşünürəm oğlumuz qəribə hərəkətlərindən əl çəkər.
Qadın
yoldaşının dediyini edər, qonşusundan üzr istəyib halallıq dilər. Qonşu
da niyə o zaman demirdinki, deyil bir limonu ağacda olan bütün
limonları verərdim deyərək, düşünmədən haqqını halal edər. O zaman
Allahın izni ilə onların uşaqları bu qəribə hərəkətdən əl çəkər

Bu qısa hekayədən
ibrət, gəlin nəfsimizə hakim olaq, bu dünyadan isə üzərimizdə kiminsə
haqqı ilə getməyək... Əmin olun ki bundan ağır yük yoxdur..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!