Qadın, kişi, məhəbbət və tənhalıq – FOTOLAR

Qadın, kişi, məhəbbət və tənhalıq – FOTOLAR
Maraqlı məlumatlar
10.09.2017 29
"Axı bu nə qədər davam edəcək, nəyə görə əks cinslə münasibətlər uzun müddətli olmur?”
Əgər
sizi də belə suallar narahat edirsə və artıq səbr kasanız dolubsa, o
zaman problemi həll etmək lazımdır. Bu məsələnin həllində sizə kömək
etməyə cəhd edəcəyik. Problemlərin yaranmasındakı əsas 5 səbəbi
nəzərinizə çatdırırıq və nəhayət ki, bunun sayəsində siz subaylıq
möhürünü üzərinizdən götürə bilərsiz.
 
1.
Əgər siz artıq ruhdan düşmüsünüzsə və sevgiyə layiq olmadığınızı
düşünürsünüzsə, o zaman sevgi heç vaxt gəlib qapınızı döyməyəcək. Bir
neçə dəfə uğursuz məhəbbət yaşayan qadınlar adətən ruhdan düşüb,
özlərinə qapanırlar. Mövhumatçı qadınlar isə bunu üzərlərindəki
bəd-nəzərlə, sadəcə talelərinin belə olmasıyla izah edirlər.
Amma
bir şeyi bilmək vacibdir ki, həqiqətən də belə düşüncələrlə siz
özünüzə daha çox ziyan vermiş olursuz, çünki bu cür ruh düşkünlüyü
hərəkətlərinizdə hiss edildiyi zaman ətrafınızdakılar sizi qeyri-adekvat
insan kimi qəbul etməyə başlayırlar. Özünüzə inanın və hər addımda
sevgini gözləməyin.
 
2.
Bütün kişiləri onların keçmiş münasibətlərinə görə qınamayın. Onlar
qadınlar qədər zərif olmasalar da, sizin təsəvvür etdiyinizdən də çox
individualdırlar. Məlum olmayan səbəblərə görə qadınlar həmişə "pis
kişiləri” daha çox sevirlər. Qadınlar fədakar obrazını seçirlər, həmişə
ONUN zəngini gözləməli və ya ONUN növbəti gecə klubundan qayıtmasını
gözləməli olurlar.
Kifayətdir! Sizə hər şeydən öncə ailə dəyərlərinə qiymət verən birisi lazımdır. Bunu münasibətlərin başlanğıcında da görmək olar.
 
3.
Sevdiyiniz şəxsi özünüzə bağlamağa belə çalışmayın. Bəzən qadınlar
düşünürlər ki, sevdiyi kişinin evlənmə təklifini qəbul etdikdən sonra,
kişi artıq onun mülkiyyətinə çevrilir. O artıq ancaq öz xanımının
kaprizlərini yerinə yetirməli, yaxınları ilə, dost-tanışları ilə yalnız
xanımının nəzarəti altında görüşməlidir. Məhz belə sahibkarlar da
sonda adətən tənha qalırlar. Burda söhbət məhz kişilərdən getmir, təbii
ki, onlar da arada bir dostaları ilə ova, balıq tutmağa getmək
istəyirlər.
Yaxşısı
budur ki, qadın da boş vaxtlarında sevdiyi işlərlə məşğul olsun, bu da
öz növbəsində əks cinsdə qadına qarşı daha çox maraq oyadacaq.

4.
Xəyanət – bu da son. Xəyanətin fiziki və ya mənəvi olduğu elə də böyük
əhəmiyyət kəsb etmir, Siz artıq sevdiyiniz insana xəyanət etmisiz və
öz vaxtınızı, hisslərinizi digər birinə sərf edirsiniz. Təbii ki, bu
haqda sevgiliniz və ya həyat yoldaşınız bilərsə, o zaman o, artıq sizə
bir daha inanmayacaq.
Həm fiziki, həm də mənəvi cəhətdən təmiz olun.
 
5.
Hər zaman sonuncu sözü deməyə çalışmayın. Əgər siz haqlı olsanız belə,
onun qərar qəbul etməsinə və ya öz fikrində qalmasına mane olmayın,
yoxsa hər ikiniz uduzacaqsız. Qadınlar konfliktlərin aradan
qaldırılmasında daha mahirdirlər, bu da öz növbəsində kişinin özünü
daha da ağıllı hesab etməsinə gətirib çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!