Kainatın daha bir sirri çözülür

Kainatın daha bir sirri çözülür
Maraqlı məlumatlar
10.09.2017 34
Alimlərin
Günəş sistemindən 175 işıq ili uzaqlıqda kəşf etdikləri disk
şəklindəki qalaktika dünyada həyatın əsasını qoyan suyun necə yarandığı
barədə yeni nəzəriyyəyə təkan verib.

"Science"a
istinadən bildirir ki, alimlər Yer kürəsi təki okeanların dalğalandığı
planetlərin bu xüsusiyyətlərini çox uzaqlardan gələn buzlaq quyruqlu
meteoritlər və asteroidlərə "borclu" olduqlarını deyirlər.

Buna görə də indi quraqlıq və ya qayalıq olan planetlərin nə nə zamansa yaşayış üçün yararlı vəziyyətə düşəcəkləri gözlənilir.
Fəqət
planetlərdə okeanların əmələ gəlməsi üçün onların neçə dəfə buzlaq
quyruqlu meteorit və ya kometa "bombardman"larına məruz qalmaları
gərəkdiyi, habelə həmin səma cisimlərinin haradan gəldikləri məlum
deyil.

Avropa Birliyinin Aerokosmik agentliyinin
"Herschel" orbital teleskopu vasitəsilə kəşf edilmiş yeni qalaktika
bəhs etdiyimiz suallara cavab verə bilər.

Alimlərin
"TW Hydrae" adlandırdıqları 10 milyon yaşlı ulduzun ətrafında planet
halını almaqda olan qaz və tozdan ibarət disk kəşf olunub. Orbital
teleskop diskdən su buxarının çıxdığını da qeydə alıb.
Eyni zamanda, həmin diskdə dünyadakı okeanlardakı sudan min dəfələrlə artıq suyun ola biləcəyi vurğulanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!