İnsan haqqında inanılmaz həqiqətlər!

İnsan haqqında inanılmaz həqiqətlər!
Maraqlı məlumatlar
10.09.2017 15
İnsan quruluşunun hələ həll edilə bilməyən o qədər çox sirri var ki... Həll edilənlərin də bir çoxu çox təəccübləndiricidir.

Məsələn siz dilinizi şəxsiyyətiniz olaraq istifadə edə biləcəyinizi ya da sümüklərinizin sayını bilirsiniz?



Dil izi

Əgər şəxsiyyətinizi gizlətmək istəsəniz, dilinizi çıxarmayın. Barmaq izinə bənzər şəkildə, hər kəs tək və bənzərsiz bir dil izinə sahibdir.



Sümük sayı

Yetkinlərdə bir körpədən daha az sümük var. Doğulduğumuzda 350 sümüyə sahib oluruq, ancaq inkişaf müddəti boyunca sümüklər əriyib bir-biriylə qaynaşır və yetkin olduğumuzda yalnız 206 sümüyümüz qalır.



Asqırma sürəti

Asqırıq havada saatda 161 km sürətlə gedə bilir. Bu səbəblə asqırınca burnunuz və ağızınızı bağlamalısınız.



Xoruldama

60 yaşlarda, kişilərin yüzdə 60-ı və qadınların yüzdə 40-ı xoruldayır.



Uzun bağırsaqlar

İncə bağırsağın uzunluğu yetkin bir insanın boyunun təxminən 4 qatı uzunluğundadır. Əgər geriyə doğru dözməsəydi, 5-6 metrlik uzunluğu qarın boşluğuna sığmazdı.



Bakteriya

Bu dəri üçün lazımlıdır. İnsan bədənində dərinin hər santimetr kvadratında təxminən 32 milyon bakteriya yaşayır. Bunların böyük bir əksəriyyəti zərərsizdir.



Qoxu xatırlama

Burnumuz itlər qədər həssas deyil, ancaq 50 min fərqli qoxunu xatırlaya bilər.



Saç rəngi və sayı

Sarışınlar daha əyləncəli ola bilər ya da olmaya bilər, ancaq sarışınlar qətiliklə daha çox saça sahibdir. Saç rəngi saçımızın nə qədər çox olduğunu təyin etməmizə köməkçi olur. Buna görə sarışınlar ən üst sırada iştirak edir. Bir insanda ortalama 100 min saç tükü olarkən, sarışınlarda bu ədəd ortalama 146 mindir. Qara saçlı insanlar təxminən 110 min saç telinə sahib, qəhvərəngi saçlı insanlarda isə 100 min saç tükü var. Qırmızı saçlı insanların isə saç tükü daha az təxminən 86 min qədərdir.



Baş ağırlığı

Körpələr doğulduqlarında başlarını tuta bilməzlər. İnsan başı doğulduğunda bədənimizin cəmi uzunluğunun dörddə biri qədərdir. Lakin, yetkin olduğumuzda bu nisbət cəmi uzunluğumuzun 8də birinə çatar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!