Allah ve Bendenin sohbeti

Allah ve Bendenin sohbeti
Maraqlı məlumatlar
10.09.2017 54
 
Öldü bir gözel insan. Öz eceliyle yox. Özü özünü öldürdü.
Belke ele bu imiş eceli..
Geldi Yaradan'ın hüzuruna. Salamlaşdılar. Tanış oldular.
Cennete ve ya cehenneme teyinat vermemişden evvel Yaradan onu sual cavaba devet etdi.
S u a l: Nece oldu ki, öldün?
C a v a b: Özümü asdım.
S u a l: Niye?
C a v a b: Bezdim.
S u a l: Neden?
C a v a b: Reftardan.
S u a l: Kimin reftarından?
C a v a b: İnsanların.
S u a l: Kime qarşı reftarından?
C a v a b: İnsanlara qarşı.
S u a l: Bes sene qarşı reftar nece idi?
C a v a b: Yalan, ikiüzlülük, xeyanet, yalançı mehebbet ve hörmet, üze "keç” deyib, eslinde üzüne qapı örten adamlar.
S u a l: Pulu nece qazanırdın?
C a v a b: Halallıqla.
S u a l: Neçi idin ki?
C a v a b: Müellim.
S u a l: Ve heç vaxt rüşvet almamısan?
C a v a b: Rüşvet almağa razı olmadığıma göre meni mehkemeye verib işden çıxartmışdılar.
S u a l: Bes hakim?
C a v a b: O rüşvet alıb meni cerime etdi.
S u a l: Kiminse ayağının altına quyu qazmısan?
C a v a b: Quyuya layiq olanlar özleri menim ayağımın altına quyu qazdılar.
S u a l: Bes sen?
C a v a b: Sessizce quyuya düşdüm.
S u a l: Orada ne var idi?
C a v a b: Qırıq qelb.
S u a l: Sevmisen?
C a v a b: Beli.
S u a l: Evlenmisen?
C a v a b: Yox.
S u a l: Niye?
C a v a b: Menim üreyimi verdiyim üreyini başqasına verib.
S u a l: Bes sen?
C a v a b: Men ise üreksiz qalmışam.
S u a l: Bes ona ne demisen?
C a v a b: Demişem ki, xoşbext ol.
S u a l: Axı o seni yazıq edib?!
C a v a b: Ne olsun?! Men ki, onu sevirem.
S u a l: O senin sevgine layiq deyildi.
C a v a b: Amma men layiq idim.
S u a l: Seni cehenneme yollasam, ne edersen?
C a v a b: Menim sürdüyüm ömürden sonra, cehennem mene uşaq bağçası görüner.
S u a l: Bes cennet?
C a v a b: Ne cennet? Cennet de cehennem kimi olacaq.
S u a l: Bes seni yer üzüne qaytarsam?
C a v a b: Ölsem de qayıtmaram. 
S u a l: Sağollaşaq?
C a v a b: Ferq etmez.
Allah bendesinin gözünden öpdü ve onu Cennetin en sefalı guşesine yola saldı. Allah size rehmet elesin, ey diri qalanlar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!