Soyuğa davamlı heyvanlar: Pinqvinlər

Soyuğa davamlı heyvanlar: Pinqvinlər
Maraqlı məlumatlar
10.09.2017 23
Çox soyuq havada yaşaya bilirlər

Yellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə biləcəkləri mükəmməllikdə yaratmışdır.



Bir-birlərini səslərindən tanıyırlar

Bir-birlərinə çox bənzəyən pinqvinlərin bir-birlərini səslərindən tanıdıqlarını bilirdiniz? Səs ayırd etməkdəki bu həssaslıq bala pinqvinlər üçün də etibarlıdır. Balalar da ana-atalarını yalnız səslərindən tanıya bilirlər. Unutmayın, ağılı və zəkası olmayan bir pinqvinin, minlərlə pinqvinin arasından birini təyin edib, onun səsini tanıya bilməsi Allahın gücünün və yaradışındakı üstünlüyün göstəricilərindən biridir.



Soyuğa qarşı birlikdə mübarizə aparırlar

Minlərlə pinqvin soyuqdan qorunmaq məqsədiylə, bir yerə toplanaraq bir-birlərinə sanki yapışarlar. Beləcə mükəmməl bir həmrəylik nümunəsi nümayiş etdirirlər. Bundan əlavə kütlənin xaricində qalanları da sırayla aralarına alaraq onların da isinmələrini təmin edirlər. Allah pinqvinləri yaradandan bu yana həmişə eyni mükəmməl nizam içində yaşamağa davam etməkdədirlər.



Kürtə kişi pinqvinlər yatır

Dişi pinqvin sadəcə bir yumurta yumurtlayır. Yumurtanın üzərində kürtə yatma vəzifəsi dişiyə deyil, kişiyə aiddir. Kişi pinqvin ortalama [-30] dərəcədə, 65 gün boyunca heç yerindən tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu olduqca çətin bir dövrdür. Kişi pinqvin yerindən tərpənə bilmədiyi üçün yemək yeyə bilməyəcək, ana pinqvin isə uzaqlarda, dünyaya gətiriləcək bala üçün qida axtaracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!