Həkimlərin şoka salan biabırçılığı

Həkimlərin şoka salan biabırçılığı
Maraqlı məlumatlar
10.09.2017 28
Xorvatiyanın tarixi şəhərlərindən biri, turizm mərkəzlərindən sayılan Dubrovnikdə əcaib olay baş verib.

 
Şəhər xəstəxanasında iki qadın xəstənin adları səhv salınıb və
nəticədə cərrahlar adı səhv düşən qadının sağlam böyrəyini kəsib
çıxarıblar.
"Veçernji List"ə
istinadən bildirir ki, Dubrovnik şəhərindəki "General Hospital"
xəstəxanasında böyrək xərçəngi diaqnozu qoyulmuş xəstə qadının sənədləri
qabırğalarında cərrahiyyə əməliyyatını gözləyən başqa pasiyent xanımın
sənədləri ilə səhv salınıb.

Nəticədə qabırğasından əməliyyat gözləyən 56 yaşlı qadının sağlam böyrəyi kəsilərək çıxarılıb.
Həkimlər
sonradan necə bir səhvə yol verdiklərini anlayaraq qadından üzr
istəyiblər. Xəstəxana rəhbərliyi baş vermiş yanlışlığa görə qadına
təzminat ödəməyə razılaşıb.

Xorvatiyanın səhiyyə naziri Darko Milinoviçin dediyinə görə, xəstəxanada yaşanan hadisə biabırçılıqdır.

"Xorvatiya
səhiyyəsinin tarixində belə biabırçılıq olmamışdı. Araşdırmalara
başlamışıq. Xorvatiya Həkimlər Assosiasiyasının bu biabırçılıqla bağlı
qərarını gözləyirik. Böyrəyi kəsilib çıxarılmış qadından və onun
ailəsindən üzr istəyirəm", - Milinoviç "24 sata" telekanalına verdiyi açıqlamasında deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!