Gedirəm

Gedirəm
Maraqlı məlumatlar
10.09.2017 13
Hardasan ey mənim xoşbəxtliyim?

Yoxsa səndə məndən üz döndərdin?

Hardasan ey mənim günəşim?

Qaranlıq dünyaya qərq etmisən məni

Sen ey yağışım, mənim ürək sirdaşım

Ürəyim səhraya dönüb artıq.

Mənim sevgim qədər təmiz olan dənizim

Sənə baxdıqda özümü görmürəm artıq.

Hardasiz mənə oyunlar qurub

Min cildə girən insanlar?

Səni səsləyirəm vəfasız yarım

Gücüm,taqətim tükəndi

Kəlmələr boğazımda düyümlənib  artıq.

Baxın əsərinizə qürurla

Sizin əllərinizlə yaratdığınız əsər.

Soyuq baxışlarda, qəlblərdə gizlənmişəm artıq.

Qorxmuram təkliyimdən,

Qorxmuram  oyunlardan.

Üstümə gəlməyin artıq!

Gedirəm bu həyatdan

Susqunluğumu qoruyaraq gedirəm!
















Müəllif: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!