120 yaşlı təzə bəy: "Vallah, billah, arvadsız yata bilmirəm!" - FOTO

120 yaşlı təzə bəy:
Maraqlı məlumatlar
10.09.2017 27
"Nəticələrimlə kötücələrim mənə gülürlər. Amma vallah, billah, simallah - arvadsız yata bilmirəm. Nə edim, beləyəm. Yəni əsl kişiyəm", - bunu deyən təzə bəy gəlinin əlindən tutdu ki, yıxılmasın.

"The Times of India"ya istinadən bildirir ki, Hindistanın şimal-şərqindəki Assam ştatının Sathori kəndində dünyanın ən unikal toyu olub.
120 yaşlı Həzi Əbdül Nur evlənib. Onun gəlini özündən iki dəfə kiçik xanımdır.
Daha konkret olsaq, gəlin Samu Bibinin 60 yaşı var.


2 oğlu, 4 qızı, nəvələri, nəticələri və kötücələrinin yığışdığı toyda 120 yaşlı bəy toxtaq davranıb. 
Niyə də olmasın - Həzi baba 122 nəfərlik ailənin ağsaqqalıdır.
Həzi babanın arvadı Səlimə Xatun 6 il əvvəl dünyasını dəyişəndən sonra o, beş il səsini çıxarmayıb. Ötən ilin sonlarında isə oğullarından və nəvələrindən xahiş edib ki, "yaxşı, halal süd əmmiş arvad" tapsınlar.


120 yaşlı bəyin toyunda 540 qonaq olub.
60 yaşlı gəlin Şimali Fulbari kəndindədir.


"Rəsmi sənədlərdə yaşım 116-dır. Amma əslində 120 yaşım var", - Həzi baba deyib.


Onun oğlu Əzi Əziruddinin dediyinə görə, analığı indiyədək bir dəfə ərdə olub və uşaqları yoxdur.


Təzə gəlin deyib: "Ərimin qulluğunda durmaq və onun xoşuna gəlmək üçün əlimdən gələni edəcəyəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!