Azərbaycanda toy adətləri - kiçik elçilik

Azərbaycanda toy adətləri - kiçik elçilik
Maraqlı məlumatlar
10.09.2017 90
Kiçik elçilik
Adətə görə, əvvəl iki qadın – oğul anası və onun qohumlarından bir qadın ilk elçiliyə gedirlər. Qadınlar məsələni əvvəlcədən müzakirə etməyə və hazırlamağa çalışırlar. Onlar qızın, onun anasının qohumluğa razı olub-olmamasını öyrənər, bu məsələyə ailə başçısının da (atanın) fikrini öyrənməyi qız evindən xahiş edirlər.
Ümumi razılıq əldə olunduqdan sonra nişan mərasiminin məsələləri həll edilər və böyük elçiliyə hazırlıq başlanır. Qadınlar razılığa gəldikdən sonra, oğlan və qız evinin ailə başçıları görüşürlər. Əgər oğlanın atası olmasa, onu oğlan tərəfin hörmətli kişi qohumu əvəz edir. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedir və elçi gedənlər öz hərəkətləri, davranışları ilə qız evinə elçiliyə gəldiklərini bildirirlər.
Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin səliqə-səhmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə müsbət fikir yaratmağa çalışırlar.
Elçilik qaydaları
İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir şəhərlərdə bu adət unudulub.
Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.
Elçilikdə deyirlər: "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar", "Qız yükü, duz yükü".
Qız atası elə birinci elçilikdən razılığa gəlmir. O deməlidir: "Qız qapısı, şah qapısı". "Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik".
Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki, əsas sözü böyüklər, ağsaqqallar deməli idi.
Əgər kiçik elçilikdə ilkin razılıq artıq alınmışsa elçilər müsbət söz eşitməyə təkid etməlidirlər.Bu zaman ata qızın anasını çağıraraq hamının yanında bir də ucadan onun və qızın fikrini soruşar. Qadın isə adətə görə ata fikirinin əsas olduğunu deyərək susar. Ananın rəyi soruşularkən elçilər olan otağa qadınlar da daxil olurlar. Ananın sözündən sonra ata hamının yanında "Allah xoşbəxt eləsin " deməlidir. Bundan sonra şirin çay içilər və ortaya yemək gələr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!