Heyvanlar haqqında maraqlı məlumatlar

Heyvanlar haqqında maraqlı məlumatlar
Maraqlı məlumatlar
10.09.2017 141
1. Məməlilərin çoxu 45°C-yə qədər şaxtaya davam gətirir. Qütbdə yaşayan ağ ayılar 80°C –yə qədər soyuğa dözür. Qəribə olsa da ev pişikləri bu sahədə rekord qazanırlar — 110°C. Qazlar 100°C şaxtaya dözür.
2. Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.
3. Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
4. Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır.
5. Yarasa yeganə uçan məməli heyvandır. Tailandda uzunluğu 3 sm, çəkisi 2 qr olan yarasa vardır. Bu, məməli heyvanlar arasında ən kiçiyidir.
6. İri yarasalar da vardır ki, bunlara "uçan itlər " də deyirlər. Belə yarasalar qanadlarını açdıqda 1,5 m-ə çatır. Bağlara və bağçalara ziyan vurur, hətta insanlara da hücum edir
7. Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə qidalanırlar. Belə hörümçəklər Afrikada yaşayırlar və quşyeyən hörümçəklər adlanırlar.
8. Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi qidalarla qidalanır.
9. Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə sonra onu sorur.
10. Hindistanda Komada adlanan ən böyük kərtənkələ yaşayır. Kərtənkələnin uzunluğu 3 m, kütləsi isə 135 kq-a çatır.
11. Ən iri gözlü heyvan osminoqdur. Onun gözünün diametri 40-50 sm-dir.
12. Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!