8 yasli qizina isgence veren ana

8 yasli qizina isgence veren ana
Maraqlı məlumatlar
10.09.2017 24
ABŞ-ın Kaliforniya ştatında yaşayan Kerri Kempbell polis idarəsinə aparılıb. O, 8 yaşlı qızı Britninin həyatını təhlükəyə atmaq və uşağın səhhətinə ağır xəsarətlər yetirməkdə şübhəli bilinir.  K.Kempbell balaca Britniyə indiyədək dəfələrlə botoks vurub və hər dəfə də iynələr qızın üzünü "hədəf"ə alıb.  "Mən nə edirəm ki?! Qızımın üzündə qırışların yaranmasının qarşısını almaq üçün ona botoks inyeksiyaları vururam. Məncə, pis iş tutmuram və polisə niyə çağrıldığımın da səbəbini anlamıram. Qızımı gözəllik müsabiqələrinə hazırlayır, onun qalib gəlməsini istyirəm", - Kempbell deyib.

  San-Fransisko şəhər Sosial Xidmət Departamentinin əməkdaşı Trent Rorerin dediyinə görə, 8 yaşlı qıza botoks inyeksiyalarının vurulması yolverilməzdir: "Bu səbəbdən də işə polisi qoşaraq təhqiqata başlamışıq".  Botoks inyeksiyalamrı ağrılıdır və yaşı 18-dən az olanlara əsla məsləhət bilinmir.

Psixiatr Çarlz Sofi isə deyir ki, şoka düşüb.  "Bu hadisəni eşidəndə çaşıb qaldım. Axı hansı ana qızına belə divan tuta bilər ki?! Şübhə etmirəm ki, Kepmbellin əməlləri nəticəsində balaca Britni ağır psixoloji travmalar alıb".
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!